Hərbi Məlumat - İslam Dünyası Xəbərləri

Bazar 11 Dekabr 2022 - 23:46

Hərbi Məlumat: Bavər-373 Uzun Mənzilli Hava Hücumundan Müdafiə Sistemi

Bavər-373 hava hücumundan müdafiə sistemi İran Silahlı Qüvvələrinin ən uzun mənzilli hava hücumundan müdafiə sistemidir və İranın hava hücumundan müdafiəsi sahəsində strateji və çox mühüm nailiyyət hesab olunur. Bu sistem son sınaqda optimallaşdırılmış radar vasitəsilə 450 km-dən çox məsafədə hədəfi aşkar, onu təqribən 405 km məsafədə təqib və yeni Səyyad 4B raketilə 300 km-dən çox məsafədə hədəfi vurub məhv edib.

Şənbə 12 Noyabr 2022 - 19:06

Hərbi Məlumat: Merac-521 Kamikadze Dronu

İran İslam İnqilabı Keşikçiləri Korpusu ilk dəfə olaraq Merac-521 miniatür mobil sursatını nümayiş etdirib. “Merac-521” dronunun xarici görünüşü və performansı Amerikanın “Switchblade” dronlarına çox bənzəyir və İran Silahlı Qüvvələrinin döyüş təşkilatında yeni və mühüm təşəbbüs hesab edilir.

Çərşənbə axşamı 25 Oktyabr 2022 - 20:13

Hərbi Məlumat: Şəhid Süleymani Gəmisi

“Şəhid Süleymani” gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin (NEDASA) sifarişi ilə istehsal edilmiş, aşağı radar kəsikli və patrul-döyüş missiyasına malik katamaran gəmisidir. Bu gəmi FS313-01 gövdə nömrəli Şəhid Süleymani sinfindən olan ilk gəmidir və 2022-ci il sentyabrın 5-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqirinin iştirakı ilə Bəndər Abbasda SEPAH Hərbi Dəniz Qüvvələrinin donanmasına rəsmi olaraq qoşulmuşdur.

Çərşənbə 19 Oktyabr 2022 - 20:21

Hərbi Məlumat: Zülfüqar Ballistik Raketi

Zülfüqar raketi quru yanacaq və çıxarıla bilən döyüş başlığına malik qısa mənzilli taktiki ballistik raketdir. Bu raket İran Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatı tərəfindən istehsal edilmiş və 2016-cı ilin oktyabr ayından rəsmi olaraq İran silahlı qüvvələrinin istifadəsinə verilmiş Fateh 110 raketinin təkmilləşdirilmiş nümunəsidir.

Cümə 9 Sentyabr 2022 - 18:14

Hərbi Məlumat: Qaem Ağıllı Minyatür Bomba

Qaem smart hava bombaları İran İslam Respublikasının Müdafiə Nazirliyi tərəfindən istehsal edilmiş və təchiz edilmiş üç ağıllı minyatür bomba dəstidir. Bu bombalar daha təkmil dizayndan istifadə edən Sədid ailəsindən sonra ikinci minyatür bomba və ya SMB (Smart Miniature Bomb) ailəsidir. Qaem 1, 5 və 9 bombalarının hamısı 2019-cu il avqustun 6-da o zamankı İran müdafiə nazirinin iştirakı ilə keçirilən mərasimdə nümayiş etdirildi.

Şənbə 6 Avqust 2022 - 17:18

Hərbi Məlumat: Sədid bomba və raket ailəsi

Sədid silah ailəsi İranın kiçik diametrli (SDB – Small Diameter Bomb) bombalar əldə etmək üçün ilk cəhdidir. Sədid İran Müdafiə Nazirliyinin sənaye müəssisələri tərəfindən iki növ raket və bomba şəklində istehsal olunur. Sədidin bütün nümunələri helikopter və dronlarda istifadə oluna bilər. Həmçinin sabit və hərəkət edən hədəflərlə vuruşmaq üçün nəzərdə tutulub.

Çərşənbə axşamı 2 Avqust 2022 - 04:02

Hərbi Məlumat: Ukrayna ordusunun Rusiyaya qarşı hava hücumundan müdafiəsinin uğurunun səbəbləri

Ukrayna-Rusiya müharibəsində Ukrayna ordusunun müdafiəsinin ruslar tərəfindən yatırılmasına baxmayaraq, Ukrayna müdafiəsi yaxşı çıxış etdi. Ona görə də Ukrayna müdafiəsinin uğurunun səbəblərini aşağıdakı kimi araşdırırıq. Bu səbəbləri üç hissəyə bölmək olar: 1- Ukraynanın müdafiəsinin ruslar tərəfindən natamam yatırılması:Döyüşün əvvəlində ruslar KH-31 kimi anti-radar raketləri ilə düşmənin radarlarını sıxışdırmağa çalışdılar. Amma bu müdafiə sıxışdırılması çox tez və […]

Bazar ertəsi 25 İyul 2022 - 03:40

Hərbi məlumat: İran Hərbi Dəniz Qüvvələrinə aid PUA donanması

İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı Əmir Musəvi və İran İslam Respublikası Strateji Dəniz Qüvvələrinin komandanı iştirak etdiyi mərasimdə İran Hərbi Dəniz Qüvvələrinin ilk PUA donanmasının təqdimatı olub. Bu mərasimdə Lavan və Delavər gəmiləri pilotsuz təyyarə daşıyıcılarına çevrildi və ilk dəfə olaraq Fateh və Tariq sualtı qayıqlarından pilotsuz təyyarələr buraxıldı. Bu mərasimdə “Araş” və […]

Bazar ertəsi 18 İyul 2022 - 15:04

Hərbi məlumat: İran döyüş gəmilərinin gələcək silah və sursatı

İran müdafiə nazirinin Xorasan əyalətindəki raket zavoduna səfəri zamanı Moc 4 (Təftan) layihəsinin bannerinə baxılıb. Bu layihənin təsviri ölkənin şimalında tikilən “Dəmavənd 3” gəmisinə bənzəyir və belə görünürki, Moc layihəsinin eyni dəyişdirilmiş platformasından bu gəmidə də istifadə olunub. Yeni bannerdə şaquli işə salma silosları (VLS) komanda panelinin qarşısında quraşdırılıb. Hazırda Moc sinfində olan Mehrab raketdən […]

Çərşənbə 13 İyul 2022 - 15:19

Ballistik raketlər və hipersonik silahlar arasında fərq nədir?

Hipersonik qanadlı raketlərin və ya qısaca HCM və hipersonik planer döyüş başlıqları və ya qısaca HGV adlandırılmasının səbəbi onların uçuş sürətindədirki, bu da 5 Max-dan çoxdur; yəni onların sürəti səs sürətindən beş dəfə çoxdur. Təbii ki, səsin sürəti atmosferin və maddənin daxilində mövcuddur və atmosferdən kənarda səsin sürətindən danışmağın mənası yoxdur. Balistik raketlər trayektoriyasının böyük […]

Ən Çox Müzakirə Olunan