Firqətu Əl-Həmzə - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 22 Avqust 2023 - 19:37

ABŞ iki Suriya silahlı qruplaşmasına sanksiya tətbiq edib

ABŞ hökumətinin Maliyyə Nazirliyi Türkiyənin Suriyada dəstəklədiyi “Firqətu Əl-Sultan Süleyman Şah” və “Firqətu Əl-Həmzə” adlı iki silahlı qruplaşmaya qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Bildirilir ki, Amerika hökuməti Hələb vilayətində yerləşən Afrin şəhərindən kürdləri qovmaq, əmlaklarını müsadirə etmək, kürdlər, yezidilər və Afrin bölgəsinin bəzi digər sakinlərinin geri qayıtmasının qarşısını almaq ittihamı ilə bu iki qruplaşmaya sanksiya tətbiq edib.

Cümə axşamı 13 Oktyabr 2022 - 22:30

Təhrir Əş-Şam Afrin şəhəri üzərində tam nəzarəti ələ götürdü!

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, Heyət Təhrir Əş-Şam, Firqətu Əs-Sultan Süleyman Şah və Firqətu Əl-Həmzə terrorçuları Suriyanın şimal-qərbində həyata keçirdikləri əməliyyatın ardınca Afrin şəhəri Təhrir Əş-Şam tərəfindən ələ keçirilib.

Ən Çox Müzakirə Olunan