Pakistanın müvəqqəti hökumətinin baş naziri elan edilib
Pakistanın baş naziri Şahbaz Şərifin ölkə müxalifətinin lideri Raca Riaz ilə görüşündən sonra Pakistanın baş nazirinin ofisi seçkiləri izləmək üçün ölkənin müvəqqəti baş naziri vəzifəsinə senator Ənvərul-Həq Kakarın namizədliyinin irəli sürüldüyünü elan edib. Senator Ənvərul-Həq Kakar 90 gün ərzində Pakistanda ümumi seçkilər keçirməlidir.