İraqdakı İsrail casusunun etirafları yayımlandı + VİDEO
İsrailli casus Elizabet Surkovun yayımlanan yeni videosu onun İraq şiələri arasında ixtilaf yaratmaq üçün Mossad və CIA-da casus işlədiyini göstərir.
İsrailli casus Elizabet Surkovun yayımlanan yeni videosu onun İraq şiələri arasında ixtilaf yaratmaq üçün Mossad və CIA-da casus işlədiyini göstərir.
İsrail mediasının adi vətəndaş və İsrail əsilli tədqiqatçı olduğunu iddia etdiyi “Elizabet Surkovun” İraqda yoxa çıxması xəbəri son günlər və həftələr mediada və analitik dairələrdə xeyli əks-səda doğurub. İsrail hökuməti onun İraq müqavimət dəstələrindən biri tərəfindən qaçırıldığına inanır. Prinston Universitetinin doktorantı olan Surkov təxminən 4 ay əvvəl İraqda yoxa çıxıb. İsrailin bölgədəki casusluq şəbəkəsi yeni bir məsələ deyil, lakin bu iş İraq İslam müqavimət dəstələri üçün fürsət yarada biləcək xüsusiyyətlərə malikdir.
Siyasi, tədqiqat və hərbi sahədə bir çox təcrübələri olan İsrail əsilli Rusiya qadın vətəndaşı bir neçə gün əvvəl Bağdadda naməlum şəxslər tərəfindən qaçırılıb; Bu araşdırmada Surkovun fəaliyyətləri ilə yanaşı, bu məsələnin detallarını da araşdıracağıq.
İsrail əsilli rus qadın vətəndaşının saxlanılması ilə bağlı İsrail Baş Naziri Ofisinin açıqlamasından sonra Bağdadda İraq hökumətinin sözçüsü bu insidentlə bağlı rəsmi araşdırmaya başladığını açıqlayıb.
Sionist rejimin baş naziri bir İsrail əsilli rus qadının Bağdadda İranın dəstəklədiyi qüvvələr tərəfindən girov saxlanıldığını iddia edərək, onun səhhətinə görə İraq hökumətini məsul hesab edib.