Orta Asiyada baş verən son hadisələr, 16 Sentyabr 2023
Çinin Əfqanıstandakı yeni səfiri Jao Xing prezident sarayında keçirilən mərasimdə etimadnaməsini Taliban hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda təqdim edib.
Çinin Əfqanıstandakı yeni səfiri Jao Xing prezident sarayında keçirilən mərasimdə etimadnaməsini Taliban hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda təqdim edib.
Sərepol şəhəri ətrafında yerləşən Qaşqari neft yatağının neft hasilat miqdarını artırmaq məqsədilə Çinin “F-China” şirkəti bu neft sahəsinin 8 nömrəli quyusunda qazma işlərinə başlayıb.
Çin Milli Neft Şirkəti “CPEIC” Taliban hökumətinin rəsmiləri və Çinin Kabildəki səfirliyinin nümayəndəsinin iştirakı ilə ilk dəfə Sərepol vilayətinin mərkəzi Qaşqari məntəqəsində yerləşən 21 nömrəli quyudan eksperimental neft hasilatına başlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Çin Milli Neft Şirkəti ilə Taliban hökumətinin Mədən və Neft Nazirliyi arasında Əfqanıstanın şimalında Amu dəniz hövzəsində neft və qaz yataqlarının kəşfiyyatı və hasilatının çıxarılmasına dair 25 illik müqavilə imzalanıb.