Cənubi Qafqaz - İslam Dünyası Xəbərləri

Şənbə 15 Oktyabr 2022 - 11:54

Astanada Azərbaycan və İran Prezidentləri arasında görüş baş tutub + FOTO

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, 13 oktyabr tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikası Prezidenti Ayətullah Seyid İbrahim Rəisi görüşüblər.

Çərşənbə axşamı 11 Oktyabr 2022 - 20:07

Qafqazın yenidən təşkili – Qərb Ermənistana və Azərbaycana nə təklif edib?

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Onlar Aİ müşahidəçilərini Ermənistan-Azərbaycan sərhədində yerləşdirmək barədə razılığa gəliblər, Bakının isə ilin sonuna kimi sülh sazişi imzalaması gözlənilir. Bundan sonra Ankara İrəvanla bütün nəqliyyat kommunikasiyalarını bağlayacaq. Bu, Cənubi Qafqaz üçün nə deməkdir ? – RİA Novosti-nin materialında.

Bazar 14 Avqust 2022 - 22:57

Niyə Azərbaycan artıq Rusiyanı Qafqazda “effektiv vasitəçi” hesab etmir?

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanı erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə qınayıb. Bəyanatın kontekstindən belə çıxır ki, Rusiya müttəfiqi Ermənistana lazımi təsir göstərmir, bu isə o deməkdir ki, Rusiyanın Qarabağ böhranının həllində vasitəçiliyi effektiv deyil.