Ukraynada 30 ölümcül biolabaratoriya şəbəkəsi aşkarlanıb
Ukraynada 30 biolaboratoriya şəbəkəsi ölümcül xəstəliklərin patogen xüsusiyyətlərinin artırılması ilə məşğul idi. Bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. O əlavə edib: Rusiya Ukraynadakı biolaboratoriyalardan alınan materialların terrorçuların əlinə keçmə riski barədə xəbərdarlıq edir. Onun sözlərinə görə Kiyev Qərbin göstərişi ilə təcili olaraq bioloji proqramları məhdudlaşdırır və onun izini ört-basdır edir.