Ənsarullahın dron hücumu zamanı Bəhreyn itkiləri yenidən artıb
Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanının cənubuna son hücumunda aldığı xəsarətlər səbəbindən daha bir əsgərinin öldüyünü elan edib.
Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanının cənubuna son hücumunda aldığı xəsarətlər səbəbindən daha bir əsgərinin öldüyünü elan edib.
Ərəb mediasının Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığına istinadla verdiyi məlumata görə, sentyabr 25-də Ənsarullah dronunun Cizan əyalətinə hücumu nəticəsində bəhreynli hərbçilərin itkilərinin sayı 3 ölü və bir neçə yaralıya çatıb.
Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı verdiyi açıqlamada Ənsarullahın Cizan sərhəddində Səudiyyə koalisiya qüvvələrinə dronla hücumu nəticəsində 2 Bəhreyn əsgərinin həlak olduğunu, 2 əsgərin isə yaralandığını açıqlayıb.