Bəğlan əyalətində şiə məscidinə terror hücumu + FOTO
Əfqanıstanın Bəğlan əyalətinin mərkəzi Pul-Xomri şəhərinin ikinci rayonunda İmam Zaman (ə) məscidində cümə namazı zamanı baş verən partlayış nəticəsində 20 dindar şəhid olub, 50 nəfər yaralanıb. İŞİD terror qruplaşması bu cinayəti törədən kamikadze Seyfullah Əl-Müvəhhid adlı şəxsin bəyanatını və şəklini dərc etməklə Pul-Xomri şəhərində şiə məscidinə edilən terror aktının məsuliyyətini öz üzərinə götürüb.