Pirşağının tarixi barədə ətraflı məlumat
1856-cı ilin “Qafqaz təqvimi”ndə Maştağa bölməsinin Pirşəfiq (yerli dilin əlifbası ilə پيرشفيق) kəndinin adı çəkilir. B. V. Millerin 1920-ci illərin sonlarına aid əsərlərindən birində “Pir-Şaxı (Pirşağı kəndi, Bak. mahalı)” kəlməsinə rast gəlmək olar. Sovet dövrü ədəbiyyatında Pirşağı yazısı da var. Azərbaycan kiril əlifbasında ya Pirşağa, ya da Pirşağı kimi yazılıb.