Azərbaycan - İslam Dünyası Xəbərləri

Cümə 7 Oktyabr 2022 - 22:09

Qərb Azərbaycanla Ermənistan arasındakı danışıqları ələ alıb

Euronews-un məlumatına görə, Azərbaycan və Ermənistan respublikalarının liderləri oktyabrın 6-da cümə axşamı səhər saatlarında Avropa Şurasının prezidenti Şarl Mişel və Emmanuel Makronun vasitəçiliyi ilə Çexiyanın paytaxtı Praqada görüşüblər. Bu görüş Avropa İttifaqının sammitində nəzərdə tutulub.

Cümə axşamı 6 Oktyabr 2022 - 23:14

Azərbaycandakı son olaylar barədə + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ötən günlərdə Türkiyənin müdafiə naziri, İsrailin müdafiə naziri və Ərəbistan Krallığının xarici işlər naziri Azərbaycan Respublikasında səfərdə olublar və həmçinin İran və Azərbaycan müdafiə nazirləri arasında telefon danışıqları baş tutub.

Cümə axşamı 6 Oktyabr 2022 - 20:20

Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb + FOTO və VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bazar ertəsi 3 Oktyabr 2022 - 15:00

Azərbaycan ordusunun yeni hərbi cinayəti + VİDEO

Azərbaycan qüvvələri tərəfindən mühasirəyə alınan və beynəlxalq qanunlara zidd olaraq cəbhədə edam edilən əsir düşən erməni əsgərlərinin yeni qalmaqallı videosu yayımlanıb. Bu video sosial şəbəkələrdə və Qafqaz medialarında geniş şəkildə əksini tapıb və böyük marağa səbəb olub.

Bazar ertəsi 26 Sentyabr 2022 - 10:57

Ermənistan torpaqlarının bir hissəsi Azərbaycan Respublikası tərəfindən zəbt olunma ehtimalı

Sərhəd döyüşləri zamanı Azərbaycan ordusu 7 dağlıq hərbi mövqeyini ələ keçirməklə Ermənistan ərazisindəki müdafiə mövqelərinə nüfuz etməyə nail olub. Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisi Edvard Esryan Cermuk bölgəsinə səfəri zamanı keçirdiyi mətbuat konfransında Azərbaycanın irəlilədiyini və mövqelərinin nəzarətdən çıxdığını etiraf edir: “Azərbaycan ordusu şəxsi heyət və hücüm ağırlığının üstünlüyünə görə, müdafiə tədbirləri ilə dayandırılan Cermuk […]

Bazar 25 Sentyabr 2022 - 23:42

Azərbaycanın Ermənistana kütləvi hərbi hücum etmə ehtimalı var

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Türkiyənin yardımı ilə İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümündən sonra Ermənistana qarşı kütləvi hərbi hücuma keçməyə hazırlaşır.

Çərşənbə axşamı 20 Sentyabr 2022 - 15:16

Digər 95 erməni meyiti Ermənistana təhvil verilib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Az TV-ə istinadən xəbər verir ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bü gün 20 sentyabr tarixində daha 95 erməni meyitinin Ermənistan tərəfinə təhvil verilməsi barədə məlumat yayımlayıb.

Bazar ertəsi 19 Sentyabr 2022 - 16:27

Daha bir qazi özünü yandırıb + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Modern.az-a istinadən xəbər verir ki, daha bir qazi hüquqlarının bərpa olunmamasına etiraz olaraq özünü yandırıb.

Bazar 18 Sentyabr 2022 - 20:59

DQDK-nın biyabırçı bəyanatı

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, DQDK son günlərdə həyatlarını itirmiş əsgərlərin dəfn mərasimində dini şuarlar səsdəndirənləri xarici qurumlara bağlayaraq onları qaragüruhçular adlandırıb.

Bazar 18 Sentyabr 2022 - 14:31

Nensi Pelosi: “Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını qətiyyətlə pisləyirik”

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Meydan TV-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib: “Vaşinqton demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istəyir. Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik”.

Ən Çox Müzakirə Olunan