Ayətullah Seyid Həsən Amili Azərbaycan xalqına səsləndi: “Xoşagəlməz hadisə baş verərsə günahkar buna şərait yaradandır”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ayətullah Seyid Həsən Amili cümə xütbəsində bildirib: “Əziz və böyük Azərbaycan xalqı, diqqət edin ki, İran İslam Cümhuriyyəti Azərbaycanı özünə düşmən hesab etmir və ümumiyətlə düşmənçiliyə yer yoxdur”.