Pakistanlı diplomatın İran rəsmiləri ilə Əfqanıstanla bağlı söhbəti
Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Asif Əli Xan Durrani İran rəsmiləri ilə ikitərəfli və regional məsələlər, xüsusilə də Əfqanıstanla bağlı məsləhətləşmələr aparmaq üçün Tehrana səfər edib. Asif Durrani İrana ilk səfəri zamanı xarici işlər naziri Hüseyn Əmirabdollahian və İranın Əfqanıstandakı xüsusi nümayəndəsi və səfiri Həsən Kazemi Qomi ilə görüşəcək və Əfqanıstandakı hadisələri nəzərdən keçirəcək.