Qarabağ bölgəsi “hökuməti”nin keçmiş başçıları həbs edilib
Yevlax rayonunda aparılan iki mərhələ danışıqlardan sonra, nəhayət, Qarabağ bölgəsinin Artsax kimi tanınan erməni “hökuməti” üzvlərinin taleyi müəyyən oldu. Görünən odur ki, razılaşmaya əsasən, onların bir qisminin çıxmasına icazə verilib, bəziləri isə Azərbaycan Respublikasının ədliyyə orqanları tərəfindən axtarışa verilib.