Blinken: “Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunmur”
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.