31 ildən sonra yenədə Tehran danışıqları!
Azərbaycan prezidenti və Ermənistanın baş naziri iki ölkə arasındakı problemləri 3+3 danışıqları çərçivəsində həll etməyə hazır olduqlarını bəyan ediblər. Bu işçi qrupun ilk iclası tezliklə Tehranda keçiriləcək. Bu danışıqlar Qafqazın gələcəyinin taleyinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir və danışıqlar aparan tərəflərin hər biri tələblərinin nə dərəcədə yerinə yetiriləcəyini müzakirə edəcək.