Azərbaycanın Tehrandakı səfirinin çağırılmasının pərdəarxası nə idi?
İran İslam Respublikası Azərbaycan Respublikasının illərlə apardığı təbliğat və etdiyi iddialardan sonra bu ölkənin Tehrandakı səfirini çağırıb. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi cümə axşamı, noyabrın 10-da Azərbaycan Respublikasının səfirini çağıraraq, hökumətin rəsmi etirazı barədə ona məlumat verib. Əlizadənin çağırılması bu ölkənin prezidenti İlham Əliyevin Şuşa şəhərində təhdid xarakterli bəyanatları və dövlət mediasının İranın azərilər yaşayan məntəqələrinin ərazi bütövlüyü ilə bağlı iddialarından sonra baş verib.