Əhməd Məsudun sionist rejimdən kömək istəməsi; Milli Müqavimət Cəbhəsi təkzib etdi!
Sionist rejimin Maariv agnetliyi Əhməd Məsudun bu rejimdən kömək istədiyini iddia edib. Əfqanıstan Milli Müqavimət Cəbhəsi bu iddianı təkzib edib.
Sionist rejimin Maariv agnetliyi Əhməd Məsudun bu rejimdən kömək istədiyini iddia edib. Əfqanıstan Milli Müqavimət Cəbhəsi bu iddianı təkzib edib.
Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Müqavimət Cəbhəsinin alt qruplarından olan “Müqavimət Cəbhəsinin Partizanları” silahlı dəstəsi Əfqanıstanın cənub əyalətlərində Taliban hökumətinə qarşı silahlı kampaniyalar aparmaq məqsədi ilə mövcud olduğunu elan edib. Bu dəstə ordunun xüsusi təyinatlıları və Əfqanıstanın keçmiş hökumətinin kəşfiyyat bölməsindən ibarətdir və keçmiş Əfqanıstan ordusunun xüsusi təyinatlılarının komandirlərindən biri olan Fəzl Rəbi Rəhmani […]
Parisin Böyük Məscidində bir qrup dini, siyasi və mədəni fəalın iştirakı ilə Əhməd Məsud tərəfindən yazılmış “Bizim Azadlığımız” kitabının təntənəli açılış mərasimi keçirilib.
Əfqanıstan Azadlıq Cəbhəsinin liderlərindən olan Əbdül Səttar Hüseyni Əhməd Məsud və onun komandanlığı altında olan Əfqanıstan Milli Müqavimət Cəbhəsi qrupunun birləşmədiyi və digər anti-Taliban qrupları ilə danışmadığı üçün onları sərt şəkildə tənqid edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələrinin Bədəxşan əyalətinin şimalında yerləşən Şəki şəhərində qəfil əməliyyatı zamanı Şəki qubernatoru da daxil olmaqla 11 Taliban silahlısı əsir götürülüb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pəncşir vilayətinin Dərre rayonunda yerləşən Abdullah Xeyl məntəqəsində Taliban və Əhməd Məsud qüvvələri arasında qarşıdurmanın davamında şəhid Əhməd Şah Məsudun yoldaşlarından və Əhməd Məsud qüvvələrinin ən görkəmli cəbhə komandirlərindən biri “Hacı Məlik Xan” Pəncşir döyüşlərində həlak oldu.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələri (Əfqanıstan Milli Müqavimət Cəbhəsi) son bir ildə Taliban qruplaşması ilə münaqişələrinin hesabatını və statistikasını yayımlayıb.
“Əşrəf Qəni”nin prezidenti olduğu Əfqanıstan hökumətinin devrilməsi və “Taliban” qruplaşmasının Əfqanıstan hökuməti üzərində nəzarəti ələ alması ilə ölkənin müxtəlif bölgələrində Talibanla mübarizə məqsədi ilə 14-ə yaxın qrup var olduqlarını bəyan ediblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Talibanın müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahidin Nənqərhar əyalətinə səfəri zamanı sui-qəsd cəhdi uğursuzluqla nəticələnib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələrinin sözçüsü Əli Meysəm Nəzəri Əfqanıstanda terrorun artması ilə bağlı bəyanatında ABŞ hökumətinə xəbərdarlıq edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dərre, Şətəl və Rəvxə şəhərlərində Əhməd Məsud ilə Taliban qüvvələri arasında baş verən son qarşıdurmalarda 30-dan çox Taliban üzvü ölüb və yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, İranın humanitar yardımı İranın Kabil, Məzari-Şərif və Kunduzdakı səfirliyi və konsulluqları tərəfindən son terror aktlarında şəhid olan və yaralananların ailələrinə çatdırılıb.