Ənsarullah - İslam Dünyası Xəbərləri

Şənbə 25 Mart 2023 - 00:06

Yəmən silahlı qüvvələrinin Əl-Cəvf vilayətində hərbi təlimi + VİDEO və FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəməndə Səudiyyə koalisiyasının təcavüzünə qarşı müqavimətin doqquzuncu ilinə daxil olmaq ərəfəsində Yəmən silahlı qüvvələri zirehli, mühəndis, müdafiə, pilotsuz uçuş aparatları və raket bölmələri Əl-Cəvf vilayətində hərbi təlim keçirib.

Bazar 18 Dekabr 2022 - 23:44

Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ

2 aprel 2022-ci ildə Yəməndə atəşkəs razılaşmasının formalaşması və üç mərhələdə müddətin uzadılması və nəhayət, 3 oktyabr 2022-ci ildə başa çatması ilə eyni vaxtda Səudiyyə koalisiyasının nəzarəti altında olan bölgələrdə məcburi dəyişikliklər, o cümlədən, istefa vermiş hökumətin prezidentinin dəyişdirilməsi (Əbd Rəbə Mənsur Hadinin istefası və Prezident Şurasının yaradılması) kimi məsələlər baş verdi. Bu məsələ müxtəlif qruplaşmalar arasında bir sıra gərginliyə səbəb oldu və nəhayət, Səudiyyə koalisiyasının komandanlığı altında müxtəlif qruplar arasında bir növ siyasi və hərbi dalana dirəndi. Ona görə də tərəflərin hər birinin ərazilər üzərində nəzarəti sabitləşib. Hazırda, Yəməndəki qrupların nəzarətində olan əraziləri daha dəqiqliklə ayırd etmək mümkündür.

Çərşənbə axşamı 22 Noyabr 2022 - 03:58

Ənsarullah dronları Həzərmut sahillərində xarici neft tankerinə hücum edib + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah Yəmənin işğal altındakı bölgələrində neftin yağmalanmasına qarşı neft tankerləri və xarici şirkətlərə xəbərdarlıqlarına davam edərək, Əd-Dəbbə sahillərindəki limanda olan xarici neft tankerinə dron hücumu edib.

Çərşənbə 19 Oktyabr 2022 - 23:31

Oxucu Sualı: Ənsarullah dronlarının gücü ilə bağlı təhliliniz necədir? Ənsarullah dronları İrandan idxal olunur?

Ənsarullahın son 7 il ərzində apardığı dron əməliyyatlarının təfərrüatlarına və onların Sənaada son təlimlərinə nəzər saldıqda, Ənsarullahın dronların gücü baxımından iki kateqoriyalı taktiki və strateji dronlarla təchiz olunduğunu görə bilərik:1- Ordu, təhlükəsizlik qüvvələri və xalq komitələri daxil olmaqla, bütün Yəmən silahlı qüvvələri tərəfindən istifadə edilən taktiki dronlar.2- Yalnız Ənsarullah Hərbi Hava Qüvvələrinin nəzarəti altında olan […]

Şənbə 17 Sentyabr 2022 - 23:05

Yəməndə baş verən son hadisələr, 17 Sentyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Qurtuluş Hökumətinin Daxili İşlər Nazirliyinə tabe olan qüvvələrin paradı 20 min hərbi qüvvə və min hərbi maşının, eləcə də Yəmən inqilabının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husinin çıxışı və digər Yəmən dövlət rəsmilərinin iştirakı ilə keçirilib.

Ən Çox Müzakirə Olunan