Əhməd Məsud - İslam Dünyası Xəbərləri

Çərşənbə 4 Oktyabr 2023 - 08:23

Əhməd Məsudun partizanları Əfqanıstanın cənubuna yollanıblar

Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Müqavimət Cəbhəsinin alt qruplarından olan “Müqavimət Cəbhəsinin Partizanları” silahlı dəstəsi Əfqanıstanın cənub əyalətlərində Taliban hökumətinə qarşı silahlı kampaniyalar aparmaq məqsədi ilə mövcud olduğunu elan edib. Bu dəstə ordunun xüsusi təyinatlıları və Əfqanıstanın keçmiş hökumətinin kəşfiyyat bölməsindən ibarətdir və keçmiş Əfqanıstan ordusunun xüsusi təyinatlılarının komandirlərindən biri olan Fəzl Rəbi Rəhmani […]

Cümə axşamı 15 Sentyabr 2022 - 16:41

Əhməd Məsudun yüksək rütbəli komandirlərindən olan general Məlik Xan Talibanla döyüşdə öldürüldü + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pəncşir vilayətinin Dərre rayonunda yerləşən Abdullah Xeyl məntəqəsində Taliban və Əhməd Məsud qüvvələri arasında qarşıdurmanın davamında şəhid Əhməd Şah Məsudun yoldaşlarından və Əhməd Məsud qüvvələrinin ən görkəmli cəbhə komandirlərindən biri “Hacı Məlik Xan” Pəncşir döyüşlərində həlak oldu.

Cümə axşamı 7 İyul 2022 - 16:32

İnfoqrafiya: Əfqanıstanda Talibana müxalif qruplar

“Əşrəf Qəni”nin prezidenti olduğu Əfqanıstan hökumətinin devrilməsi və “Taliban” qruplaşmasının Əfqanıstan hökuməti üzərində nəzarəti ələ alması ilə ölkənin müxtəlif bölgələrində Talibanla mübarizə məqsədi ilə 14-ə yaxın qrup var olduqlarını bəyan ediblər.

Cümə axşamı 26 May 2022 - 17:10

Əhməd Məsud ABŞ-a xəbərdarlıq etdi!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələrinin sözçüsü Əli Meysəm Nəzəri Əfqanıstanda terrorun artması ilə bağlı bəyanatında ABŞ hökumətinə xəbərdarlıq edib.

Şənbə 14 May 2022 - 22:54

Əfqanıstanda baş verən son hadisələr, 14 May 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dərre, Şətəl və Rəvxə şəhərlərində Əhməd Məsud ilə Taliban qüvvələri arasında baş verən son qarşıdurmalarda 30-dan çox Taliban üzvü ölüb və yaralanıb.

Şənbə 30 Aprel 2022 - 18:53

Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 30 Aprel 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, İranın humanitar yardımı İranın Kabil, Məzari-Şərif və Kunduzdakı səfirliyi və konsulluqları tərəfindən son terror aktlarında şəhid olan və yaralananların ailələrinə çatdırılıb.

Ən Çox Müzakirə Olunan