Yəmən - İslam Dünyası Xəbərləri

Şənbə 22 İyul 2023 - 19:55

Əl-Qaidə Əbyən vilayətinin şimalında cənubluların mövqelərinə ağır hücum edib + XƏRİTƏ

“Əl-Qaidə” terror qruplaşmasının silahlıları bu gün səhər saatlarından etibarən Yəmənin Əbyən vilayətinin şimalındakı Mudiya rayonunda yerləşən Vadi Umran və Əl-Mahfad rayonunda yerləşən Vadi Xiyalə bölgəsində Cənub Keçid Şurası silahlılarının mövqelərinə güclü hücumlar həyata keçirib. Bu hücumlar hər iki tərəfdən silahlı şəxslərin öldürülməsinə və yaralanmasına səbəb oldu və bu itki və zərərlərin çoxu Cənub Keçid Şurasına […]

Şənbə 22 İyul 2023 - 12:04

Amerikalılar Yəmənin Ədən vilayətindəki Prezident Aparatına daxil olublar

Yerli mənbələrin məlumatına görə, Amerika hərbi vertolyotu bir sıra ABŞ dəniz piyadaları ilə birlikdə Yəmənin Ədən vilayətindəki Əl-Məaşiq Prezident Aparatına (İstefa Vermiş Hökumətin Prezident Aparatı) daxil olub. Yəmənin işğal olunmuş ərazilərində baş verən hadisələrdə amerikalı diplomatların son fəaliyyəti və oynadığı rolları nəzərə alsaq, ehtimal ki, bu helikopter Amerikanın bu ölkədəki səfiri Stiven Faqini və digər […]

Çərşənbə 19 İyul 2023 - 15:12

Cənub Keçid Şurası Yəmənin parçalanması planından geri çəkilib

Cənub Keçid Şurasına aid xəbər mənbələri bu şuranın rəhbəri İdrus Əz-Zubeydinin BƏƏ müşavirlərinin məsləhəti ilə onun müavini Əbdül Rəhman Əbu Zare Əl-Muharramiyə öz silahlılarının Yəmənin istefa vermiş hökumətinin Müdafiə Nazirliyinə daxil olması prosesinə başlamağı tapşırdığını bildirib. Bundan əvvəl Əz-Zubeydi bu planın həyata keçirilməsini Səudiyyə Ərəbistanı ordusunun Sion şəhərindən və Həzərmut əyalətinin səhrasından çəkilməsi, həmçinin Həzərmut […]

Bazar 16 İyul 2023 - 17:45

Ənsarullah Eritreyə ciddi xəbərdarlıq etdi

Yəmənin Qurtuluş Hökuməti Eritreya donanmasının Yəmən sularında yəmənli balıqçılara qarşı düşməncəsinə hərəkətlərinə qarşı xəbərdarlıq və qətiyyətli cavab vəd etdi.

Şənbə 15 İyul 2023 - 23:48

Yəmən cəbhələrinin son vəziyyəti; İşğal olunmuş ərazilərdə nə baş verir? XƏRİTƏ

Ənsarullah və Səudiyyə koalisiyası arasında yazılmamış atəşkəs rejiminin davam etməsinə baxmayaraq, Yəməndəki münaqişələr bu ölkənin işğal olunmuş ərazilərinə keçib və Səudiyyə koalisiyasına tabe olan qruplaşmalar Yəməndə daha çox güc və təsir əldə etməyə çalışırlar. Bu vəziyyət Yəmənin istefa vermiş hökumətinin mövqelərinin zəifləməsinə səbəb olub və bu hökumətin prezident şurasının üzvləri Ənsarullaha qarşı onun uğurlarına ümid […]

Cümə axşamı 6 İyul 2023 - 13:43

Əl-Qaidə: Sünnilər arasında yalnız biz BƏƏ-yə qarşıyıq + VİDEO

Əl-Qaidənin Yəməndəki media qolu olan Əl-Məlahim İnstitutu bu qrupun BƏƏ-nin dəstəklədiyi qüvvələrə qarşı müxtəlif hücumlarını əks etdirən 31 dəqiqəlik video yayımlayıb və Əl-Qaidənin, Yəmənin cənubunda sünnilərdən ibarət yeganə BƏƏ-yə qarşı qrup olduğunu vurğulayıb.

Bazar 2 İyul 2023 - 22:45

Ədəndə iğtişaşlar şiddətlənib

Yəmənin Ədən şəhəri cümə axşamından etibarən silahlı qruplar və güc dalınca olan komandirlər arasında təhlükəsizlik və silahlı toqquşmaların növbəti mərhələsinə qədəm qoyub.

Çərşənbə 28 İyun 2023 - 10:55

İdrus Əz-Zubeydi: Qərb Şimali və Cənubi Yəmənin reallığını qəbul etməlidir

Yəmənin Cənub Keçid Şurasının rəhbəri İdrus Əz-Zubeydi Guardian qəzetinə verdiyi müsahibədə Yəmənin Şimal və Cənub olmaqla iki ölkəyə bölünməsi üçün Qərb ölkələrini dəstəkləməyə çağırıb və onları Cənubi Yəməndə dəniz xətləri, limanlar və neft yataqları ilə təmin ediləcəyini və dəniz təhlükəsizliyinin qorunmasına əmin edib.

Ən Çox Müzakirə Olunan