Ənsarullah: Amerika qüvvələri Yəməndə altı yerə yerləşdirilib
Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Əli Əl-Kəhhum Amerika işğalçı qüvvələrinin Yəməndə altı yerdə müşahidə və yerləşdirilməsini elan edib.
Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Əli Əl-Kəhhum Amerika işğalçı qüvvələrinin Yəməndə altı yerdə müşahidə və yerləşdirilməsini elan edib.
Yəmən xəbər mənbələri BƏƏ-nin Əl-Qaidənin Yəməndəki qoluna üç milyon dollar verdiyini bildirib.
Yəmən ordusunun hava qüvvələri və müdafiə komandanı general-leytenant Əhməd Əli Əhsən Əl-Həmzi naməlum səbəblərdən şəhid olub.
ABŞ koalisiyası ilə İran və Müqavimət Cəbhəsi arasında gərginliyin artması fonunda ABŞ Hərbi Dəniz Qüvvələri USS Bataan və USS Carter desant gəmisi vasitəsilə Qırmızı dənizə 3000 əsgər göndərib.
Əbyən əyalətindəki Hizam Əl-Əmni qüvvələrinin komandanı Əbdül Lətif Əl-Said bu vəzifəyə təyin edildikdən sonra Vadi Omrandakı Əl-Qaidə ilə müttəfiq qəbilələrə bir sıra nümayəndələrini göndərərək onlara sülhün bərqərar olmasını təklif edib və bu qəbilələrin silahlı qüvvələrinin Cənub Keçid Şurasına qoşulması təklifini irəli sürüb.
Ənsarullah müxaliflərinin Yəmənin cənub-qərb sahillərində mövqelərinin gücləndirilməsi Amerika koalisiyasının gələcəkdə dəniz müharibəsi planlaşdırdığını göstərir. Bu plan BƏƏ-nin rolu ilə Yəmənin cənub-qərb bölgəsində həyata keçirilir. Bu plana əsasən, Tariq Saleh qüvvələri His rayonunun Bab Əl-Məndəb boğazına qədər sahillərini, Cənub Keçid Şurasının qüvvələri isə Rəs Əl-Arə bölgəsinin Ədənə qədər olan sahillərini nəzarətə götürəcək. Bu planın həyata keçirilməsinə Əs-Səbihə qəbiləsi mane olub və bu qəbilə bu əraziyə nəzarət etməyə çalışır.
Yəmənin Qurtuluş Hökumətinin müdafiə nazirinin açıqlamalarına əsasən, bu ölkənin donanması bir sıra müasir və təkmilləşdirilmiş raketlər və silahlı qayıqları uğurla sınaqdan keçirib və bu silahlar yaxın vaxtlarda nümayiş etdiriləcək.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri təhdid dolu mesajla Ənsarullahın tezliklə yeni silahları ilə Səudiyyə koalisiyasının Yəmən adalarındakı mövqelərinə hücum edəcəyini açıqlayıb.
Cənub Keçid Şurasının qüvvələri Əl-Bariqa və Ədən prezident aparatının bəzi mövqelərindən Əbyən əyalətindəki Əl-Sulban bazasına və Batis bölgəsinə geri çəkilib.
Yəmənin Əbyən vilayətində yerləşən Mudiya rayonunun şərqindəki Əl-Bəqira məntəqəsində Cənub Keçid Şurasının cəbhə komandirlərini daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində 3-cü briqada batalyonunun komandiri Səddam Əl-Səədi, Cənub Keçid Şurasının Əl-Baqira mərkəzinin sədri Arif Nasir Mukənna və Ğəssan Əl-Qədimi adlı üç nəfər öldürüldü. İyulun 22-də Əbyən vilayətində Əl-Qaidənin cənubluların mövqelərinə başlayan hücumlarının yeni mərhələsinin başlandığını nəzərə […]
Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan müxtəlif bölgələrdə ikinci dəfə böyük yürüş keçirərək, İslam müqəddəslərinin təhqir edilməsini, İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cinayətini təkrar qınayıb.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri Sənaada tədris ilinin açılış mərasimində çıxışı zamanı Səudiyyə koalisiyası ilə danışıqların dayandırılmasının səbəbi kimi yəmənli dövlət qulluqçularının maaşlarının ölkənin neft gəlirlərindən ödənilməməsini adlandırıb.