Suriyada baş verən son hadisələr, 22-29 Mart 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Türkiyənin dəstəklədiyi terrorçular Hələbin şimalında, Təl Rafat şəhərinin ətrafında kürd silahlılarının mövqelərini hədəfə alıb.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Türkiyənin dəstəklədiyi terrorçular Hələbin şimalında, Təl Rafat şəhərinin ətrafında kürd silahlılarının mövqelərini hədəfə alıb.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün bir heyətlə Dəməşqə səfər edib.
İşğalçı ABŞ ordusu maşın və hərbi texnika karvanını Həsəkənin ətrafından İraqın şimalına köçürüb.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Suriya prezidenti yüksək səviyyəli rəsmilərlə görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Suriya Demokratik Qüvvələri Əl-Şəddadi şəhərindən 800-ə yaxın İŞİD məhbusunu Əl-Həsəkə vilayətinin şimalındakı naməlum yerə köçürüb.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, İŞİD qruplaşması bu terror qruplaşmasının ünsürlərinin yeni liderə beyət etməsi və Həsəkədə Əl-Sənaə həbsxanasına hücumu əks etdirən video yayımlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Reuters xəbər agentliyinin məlumatına əsasən xəbər verir ki, İraqın iki təhlükəsizlik rəsmisi və Qərbin təhlükəsizlik mənbəsi bildirib ki, İŞİD terror təşkilatının yeni lideri bu terror qruplaşmasının keçmiş lideri Əbu-Bəkr Əl-Bağdadinin qardaşıdır.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, İsrail qırıcılarının Dəməşqin kənarına endirdiyi hava hücumu nəticəsində İnqilab Keşikçiləri Korpusunun iki üzvü şəhid olub.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Sionist Rejim ordusunun qırıcı təyyarələri Dəməşqin ətrafında Suriya ordusunun mövqelərinə hücum edib.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin verdiyi xəbərə əsasən, Rusiya xarici kəşfiyyat xidməti ABŞ və NATO-nun Suriyadan Ukraynaya xarici terrorçuları köçürdüyünü iddia edib.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin verdiyi xəbərə əsasən, Palmir səhrasında naməlum silahlı şəxslərin suriyalı əsgərləri daşıyan avtobusa hücumu nəticəsində 13 Suriya ordusunun əsgəri şəhid olub, 18-i yaralanıb.
Suveydadakı son etirazlar, Həsəkə həbsxanasındakı iğtişaşlar, Deyr əz-Zor və Homsda terror aktlarının artması müqavimət cəbhəsi üçün ciddi təhlükəsizlik xəbərdarlığı kimi qiymətləndirmək olar.