Suriya - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 2 May 2023 - 23:24

Suriyada baş verən son hadisələr, 2 May 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, yerli media Raqqa vilayətində yerləşən Təl-Əbyəd şəhərində minanın partlaması nəticəsində iki türk əsgərinin öldüyünü, bir neçə terrorçunun isə yaralandığını bildirib.

Bazar 23 Aprel 2023 - 19:24

Suriyada baş verən son hadisələr, 23 Aprel 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Raqqa əyalətinin Eyn İsa şəhəri ətrafında logistika karvanı yolunda baş verən partlayış nəticəsində bir neçə SDQ hərbçisi ölüb və yaralanıb, bir avtomobil də məhv edilib.

Cümə axşamı 20 Aprel 2023 - 00:26

Taif əks-sədası: Suriya və Səudiyyə Ərəbistanı barışır

Suriya ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr birgə bəyanatlar, ikitərəfli görüşlər və son 12 ildə ilk dəfə olaraq Suriyadakı böhranın həlli üçün ortaq baxışla irəliləyib. Suriya prezidenti Bəşər Əsəd martın ortalarında Moskvaya səfəri zamanı Səudiyyə Ərəbistanının artıq Suriyanın daxili işlərinə qarışmaq istəmədiyini və müxalif silahlı qruplara dəstəyi dayandırdığını bəyan edib.

Cümə axşamı 13 Aprel 2023 - 21:51

Suriyanın Tunisdəki səfirliyi yenidən açılacaq

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəməşq Tunisin prezidenti Qeys Səid tərəfindən Tunisin Suriyaya yeni səfir təyin edilməsinə razılıq verdikdən sonra Suriyanın Tunisdəki səfirliyi də yenidən açılacaq.

Ən Çox Müzakirə Olunan