Qəzza zolağında dörd günlük atəşkəs; Dini Sionist partiyanın nazirləri müxalifdir!
Qətər Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Qəzzada 4 günlük atəşkəs yaxın 24 saat ərzində həyata keçiriləcək.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Qəzzada 4 günlük atəşkəs yaxın 24 saat ərzində həyata keçiriləcək.
Qərb mətbuatının məlumatına görə, Qətərin Həmas, Misir və sionist rejim, eləcə də ABŞ ilə danışıqları nəticəsində çoxlu sayda ikili vətəndaşlar və vəziyyəti ağır olan yaralılar Qəzza zolağının cənubunda yerləşən Rəfah sərhəd keçid məntəqəsindən çıxarılacaq.
İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian sionist rejimin Qəzza zolağına qarşı cinayətlərinin dayandırılmasına yönəlmiş diplomatik tədbirlərin davamı olaraq bu gün səhər Dohaya gedib. Bu səfər zamanı Əmirabdollahian Qətər əmiri, bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşüb müzakirələr aparıb.
Sionist mediası bazar ertəsi Mossad təyyarəsinin Qətərin Doha hava limanına eniş etdiyini bildirib.