Fələstin - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 16 Oktyabr 2023 - 17:10

Qəzza zolağında beş saatlıq atəşkəs yaradılacaqmı? + VİDEO

Reuters xəbər agentliyi Misirin iki təhlükəsizlik mənbəsinə istinadən iddia edib ki, Misir, sionist rejim və ABŞ yerli vaxtla saat 09:00-dan başlayaraq Qəzzada müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Bildirilir ki, Qəzza zolağında 5 saatlıq müvəqqəti atəşkəsin məqsədi ikili vətəndaşların Qəzzanı tərk etməsi və bu zolağın əhalisi üçün humanitar ərzaq və dərman yardımının gəlməsidir.

Bazar 15 Oktyabr 2023 - 23:46

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 15 Oktyabr 2023

Döyüşlərin doqquzuncu günü fələstinli döyüşçülər Sderot yaxınlığındakı Niram qəsəbəsində İsrail ordusu qüvvələrinin mövqelərinə hücum ediblər. Bu xəbəri İbrani mediası da təsdiqləyib və Fələstin müqavimət qüvvələri ilə İsrail hərbçiləri arasında silahlı qarşıdurmanın baş verdiyini bildirib.

Şənbə 14 Oktyabr 2023 - 23:41

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 14 Oktyabr 2023

Döyüşlərin səkkizinci günündə fələstinli döyüşçülər Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində İsrail ordusu qüvvələrinin mövqelərinə daxil olublar. Bu hücum zamanı Fələstin qüvvələri İsrail ordusunun ən azı üç hərbi və zirehli texnikasını məhv etməyə müvəffəq olub. Kətaib əl-Qəssamın bəyanatına görə, İsrail qüvvələri ilə qarşıdurma bu gün axşam saatlarına qədər davam edib.

Şənbə 14 Oktyabr 2023 - 19:57

Kətaib əl-Qəssam Xan Yunisin şərqində İsrail ordusunun mövqelərinə hücum edib

Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan Kətaib əl-Qəssam qüvvələri Əl-Əqsa Fırtınası əməliyyatından sonra Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində İsrail ordusu qüvvələrinin mövqelərinə daxil olub. Bu hücum zamanı Fələstin qüvvələri İsrail ordusunun ən azı üç hərbi və zirehli texnikasını məhv etməyə müvəffəq olub. Kətaib əl-Qəssamın bəyanatına görə, İsrail qüvvələri ilə qarşıdurma bu gün axşam saatlarına qədər davam edib.

Ən Çox Müzakirə Olunan