Fələstin - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 10 Oktyabr 2023 - 19:43

Ənsarullah lideri: Amerika Qəzza müharibəsinə müdaxilə edərsə, raket və dron hücumlarında iştirak etməyə hazırıq

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi regionda baş verən son hadisələrə, xüsusilə də Fələstinli qrupların sionist rejimi ilə “Əl-Əqsa Fırtınası əməliyyatı” adı altında döyüşə münasibət bildirərək çıxış edib. Ənsarullah Rəhbərinin çıxışının xülasəsi belədir. O, Amerika və Qərb ölkələrinin sionist rejimin cinayətlərinə dəstəyini pisləyərək deyib: Qərb […]

Çərşənbə axşamı 10 Oktyabr 2023 - 11:56

HƏMAS İordan çayının qərb sahili xalqını oyanışa çağırıb

HƏMAS hərəkatı mesajında ​​İordan çayının qərb sahili və Qüdsün inqilabçı gənclərini sionist rejimə qarşı qiyam etməyə və Fələstinin istənilən yerində İsrail qüvvələri ilə mübarizə aparmağa çağırıb. HƏMAS həmçinin ərəb və islam ölkələri və dünyanın bütün azad insanları Qüds, Məscidül-Əqsa və Qəzzəyə dəstək məqsədilə gələn cümə günü “Əl-Əqsa Fırtınasının Cümə günü” başlığı altında nümayişlərə çağırıb.

Bazar ertəsi 9 Oktyabr 2023 - 23:08

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 9 Oktyabr 2023

Fələstin qüvvələri ilə İsrail əsgərləri arasında toqquşmalar və döyüşlər ardıcıl üçüncü gündür ki, davam edir. Sionist rejim Ordusunun Qəzzə zolağı ətrafındakı bütün yaşayış məntəqələrini təmizləmək və geri almaq iddialarına baxmayaraq, döyüş meydanının xəritəsi çox dəyişməyib.

Bazar ertəsi 9 Oktyabr 2023 - 17:25

İsrail Qəzza zolağını dəlicəsinə bombalamağı davam etdirir + VİDEO

Bu gün səhər sionist mediası İsrail ordusunun sözçüsünə istinadən bildirib ki, onların təyyarələri Qəzza zolağına qarşı 1000 tondan çox bomba və partlayıcıdan istifadə edib. Bu məlumat döyüşdə Fələstinin müqavimət hücumlarına cavab verməkdə İsrailin hava üstünlüyündə qırıcıların və təyyarələrin rolunu və hava limanları və hava bazalarının əhəmiyyətini göstərir. İndi hava bazaları, hava limanları məhv edilsə, bu üstünlük qorunacaqmı?

Bazar ertəsi 9 Oktyabr 2023 - 13:26

Kətaib Əl-Qəssam yeni müdafiə silahını təqdim etdi + VİDEO

HƏMAS-ın hərbi qolu olan “Kətaib əl-Qəssam”ın döyüşçüləri Əl-Əqsa Fırtınası əməliyyatının üçüncü günündə Qəzza zolağının səmasında İsrail helikopterlərinə bir neçə “yer-hava” tipli raket zərbələri endirib və İsrailin hava hücumlarına cavab verib. Kətaib əl-Qəssam da ilk dəfə olaraq sionist rejimə qarşı döyüşdə yerli müdafiə sistemindən “Mutbir 1”dən istifadə edilməsi haqqında video yayımlayıb.

Ən Çox Müzakirə Olunan