Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Çərşənbə 11 Yanvar 2023 - 20:52

Yəmənli uşaqların yeni adı “Qasim Süleymani” + VİDEO

Hüseyn Həbib, oğlunun adını şəhid general Hacı Qasim Süleymanini sevdiyi üçün onun adını seçən Yəmən Poçt İdarəsinin yüksək vəzifəli əməkdaşlarındandır. Bu addım Yəmənin Əl-Hudəydə vilayəti əhalisinin çoxu tərəfindən müsbət qarşılanıb. İslam Dünyası Xəbərlərinin müxbiri Ziyad Əl-Həsəni onunla söhbət etmək üçün evinə gedib.

Çərşənbə 11 Yanvar 2023 - 18:55

İslah partiyasının tərəfdarları Yəmənin Əbyən əyalətinin şimalındakı Hizam Əl-Əmni bazasına hücum ediblər + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “İslah” partiyasının tərəfdarları və onlara bağlı silahlı qüvvələr Əbyən vilayətinin şimalında yerləşən Lavdar rayonunda Hizam Əl-Əmni qüvvələrinin hərbi bazasına hücum etdikdən sonra onlara aid silah anbarını qarət edib, maşınlarını yandırıblar.

Çərşənbə axşamı 10 Yanvar 2023 - 22:47

İraqda baş verən son hadisələr, 10 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səlahəddin əyalətinin şərqində Əl-İs məntəqəsində Həşd-Şəəbi Təşkilatının 52-ci briqadasının qüvvələri ilə İŞİD terror qruplaşmasının ünsürləri arasında baş verən qarşıdurma nəticəsində, Həşd-Şəəbi Təşkilatının qüvvələrindən biri şəhid olub, ikisi yaralanıb.

Çərşənbə axşamı 10 Yanvar 2023 - 22:12

İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 10 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin təhlükəsizlik qurumlarının davamlı əməliyyatlarına baxmayaraq, Fələstin müqavimət dəstələri 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 15-dən çox anti-sionist əməliyyatı həyata keçirib.

Ən Çox Müzakirə Olunan