Hizbullahın işğal altındakı Fələstinin şimalında İsrail mövqelərinə hücumu
Livan Hizbullahı bəyanat yayımlayaraq, işğal olunmuş Fələstinin şimalında sionist rejim əsgərlərinə qarşı iki ayrı hücumu elan edib.
Livan Hizbullahı bəyanat yayımlayaraq, işğal olunmuş Fələstinin şimalında sionist rejim əsgərlərinə qarşı iki ayrı hücumu elan edib.
Fələstində döyüşlərin 26-cı günündə Qəzza zolağı daxilində fələstinli döyüşçülərlə İsrail ordusu qüvvələri arasında toqquşmalar davam edib. Çərşənbə günü toqquşmalar, əvvəlki gün olduğu kimi, Beyt Hanun cəbhəsi, Qəzza şəhərinin şimalındakı Əl-Təvvam və Qəzza şəhərinin cənubundakı Cəhraldiq bölgəsi və Əl-Zeytun bölgəsində cərəyan edib. İsrail mənbələri İsrail qüvvələrinin Qəzza şəhərinin cənubunda, eləcə də Qəzzanın şimalında Əl-Təvvam bölgəsində və […]
Qərb mətbuatının məlumatına görə, Qətərin Həmas, Misir və sionist rejim, eləcə də ABŞ ilə danışıqları nəticəsində çoxlu sayda ikili vətəndaşlar və vəziyyəti ağır olan yaralılar Qəzza zolağının cənubunda yerləşən Rəfah sərhəd keçid məntəqəsindən çıxarılacaq.
Aban ayının 13-ü Tələbə Günü və Hegemonlarla Milli Mübarizə Günü ərəfəsində İranın hər yerindən bir qrup tələbə İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Yəmən ordusu və Ənsarullah işğal altındakı Fələstində İsrail mövqelərinə qarşı son 4 əməliyyatda ballistik və qanadlı raketlərin atıldığı anın görüntülərini, həmçinin kamikadze pilotsuz uçan aparatları dərc edib.
İsrail ordusunun İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsindəki bir evə dronlarla hücumu nəticəsində 3 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.
Suriyadakı Amerika terrorçu ordusuna aid Ət-Tənəf bazası İraq İslam Müqaviməti qüvvələrinin pilotsuz təyyarələrinin hücumu ilə hədəfə alınıb.
Yəmənin Ənsarullah hərəkatı noyabrın 1-də səhər saatlarında İsrailin işğal altındakı Fələstinin cənubunda yerləşən Eylat şəhərindəki mövqelərinə yenidən raket zərbəsi endirib.
HƏMAS hərəkatının hərbi qolu olan Kətaib əl-Qəssam elan edib: “Kətaib əl-Qəssam qüvvələri Qəzza zolağının şimalında Əl-Təvvam bölgəsinin qərbinə doğru irəliləməyi planlaşdıran sionist rejim qüvvələri ilə qarşı-qarşıya gəlib”. Əl-Qəssamın açıqlamasına görə, bu qarşıdurmada müqavimət döyüşçüləri “Yasin” raketlərindən istifadə edərək üç İsrail silahını hədəfə alıblar.
İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian sionist rejimin Qəzza zolağına qarşı cinayətlərinin dayandırılmasına yönəlmiş diplomatik tədbirlərin davamı olaraq bu gün səhər Dohaya gedib. Bu səfər zamanı Əmirabdollahian Qətər əmiri, bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşüb müzakirələr aparıb.
HƏMAS-ın hərbi qanadı olan Kətaib əl-Qəssam bu yaxınlarda Erez şəhərinin ətrafında öz qüvvələri ilə sionist rejim arasında baş verən toqquşmanın videosunu dərc edib. Bu videoya əsasən, Fələstin müqavimət qüvvələri İsrailin Erez bazasının qərbində tunel qazaraq, Erez yaxınlığındakı sionist rejim ordusunun toplanma yeri və zirehli maşın və tanklarını hədəfə almağa başlayıb. Bu videoda tunel qazmaqla yanaşı, […]
Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada, Fələstin xalqına və müqavimət qruplarına dəstək verərkən, işğal altındakı Fələstində İsrail ordusunun mövqelərinə qarşı 3 raket və pilotsuz təyyarə əməliyyatı həyata keçirdiyini açıqlayıb.