Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Şənbə 3 İyun 2023 - 19:04

Suriyada baş verən son hadisələr, 3 İyun 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son həftələr ərzində ikinci dəfədir ki, Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Şəhil qəsəbəsində naməlum şəxslər tərəfindən İŞİD terror qruplaşmasının loqosu ilə qadınlar üçün dini hicaba riayət edilməsinə dair tövsiyələrin yer aldığı elanlar yayılıb.

Şənbə 3 İyun 2023 - 16:24

Misirlə sərhəddə 3 sionist əsgər ölüb + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Misirlə sionist rejim arasındakı Nitzana sərhəd keçid məntəqəsi yaxınlığında sionist rejim qüvvələri ilə naməlum silahlı qüvvələr arasında baş verən silahlı qarşıdurma nəticəsində üç sionist əsgər həlak olub, bir neçəsi isə yaralanıb.

Şənbə 3 İyun 2023 - 15:45

İraqda baş verən son hadisələr, 3 İyun 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 53-cü Briqadası və İraq Ordusunun qüvvələri Neynəva vilayətində yerləşən Təlləfər şəhərinin şərq bölgələrində, bu ərazilərin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib etmək və həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

Şənbə 3 İyun 2023 - 14:43

Propaqanda və şantaj; Əhməd Obalı niyə süni qarşıdurma vəziyyəti yaradıb? + VİDEO

“Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi”nin rəhbəri və “Günaz TV”nin təsisçisi “Əhməd Obalı” kimi tanınan “Əhməd Yusefi Sadat” ABŞ-ın Kaliforniya ştatında hücuma məruz qaldı və ağır yaralandı. Azərbaycan hökumətinin pantürkləri və bu separatçı cərəyana bağlı İran pantürkləri bu ölümcül hücuma görə İran İslam Respublikasının məsuliyyət daşıdığını bildirdilər. Lakin Kaliforniya polisinin bir həftəlik araşdırmasından sonra bu iddiaların əksi sübuta yetirildi və pantürkçülər üçün böyük bir biyabırçılıq oldu.

Ən Çox Müzakirə Olunan