Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Cümə axşamı 22 İyun 2023 - 06:43

Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Toplantısının 20-ci mərhələsi keçirilib

Qazaxıstanın paytaxtında keçirilən 20-ci Astana toplantısının sonunda İran İslam Respublikası, Rusiya, Suriya və Türkiyə nümayəndələri Suriyanın suverenliyi, müstəqilliyi, bütövlüyü və regional təhlükəsizliyinə davamlı sadiqliyini, terrorizmlə mübarizədə birgə əməkdaşlığı davam etdirməyi vurğulayaraq, qətiyyətlərini açıqlayıblar.

Çərşənbə 21 İyun 2023 - 18:47

İranın xarici işlər naziri Ənsarullahın danışıqlar rəhbəri ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian dünən axşam Omanın paytaxtı Məskatda İran İslam Respublikasının səfirliyində Ənsarullahın sözçüsü və Yəmənin Qurtuluş Hökumətinin danışıqlar rəhbəri Məhəmməd Əbd Salam ilə görüşüb və söhbət edib. Bu görüşdə tərəflər Yəməndəki son hadisələri müzakirə edib, fikir mübadiləsi aparıblar. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın Tehrana son səfəri zamanı iki […]

Çərşənbə axşamı 20 İyun 2023 - 08:59

İordaniya ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb + VİDEO

İordaniyadakı yerli mənbələr İordaniya Hərbi Hava Qüvvələrinə məxsus “Kobra” helikopterinin ölkənin paytaxtı Əmman şəhəri yaxınlığındakı Əl-Buqəə bölgəsində qəzaya uğradığını bildirib. Bu helikopterin qəzaya uğraması nəticəsində onun iki pilotu yaralanıb. Yaralı pilotlar müalicə üçün xəstəxanaya aparılıblar. Bu helikopterin qəzası təlim uçuşundan sonra baş verib və əsas səbəb hələ müəyyən edilməyib.

Çərşənbə axşamı 20 İyun 2023 - 06:16

İraqda baş verən son hadisələr, 20 İyun 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Səlahəddin əyalətində yerləşən Bici şəhərinin Əl-Siniyyə bölgəsində marşrutların yoxlanılması və yenidən açılması əməliyyatı zamanı İraq Ordusu qüvvələrinin yolunda bomba partladılıb. Nəticədə bir İraq əsgəri şəhid olub, bir nəfər isə yaralanıb.

Çərşənbə axşamı 20 İyun 2023 - 05:47

Əl-Xuxa şəhərində Tariq Saleh qüvvələri daxili qarşıdurmadadırlar

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tariq Saleh qüvvələri ilə Birləşmiş Qüvvələrin (Tariq Saleh tabeliyində) dəstək briqadasının komandiri Əbu Ziyab Əl-Əlqəminin silahlı qüvvələri arasında baş verən qarşıdurma nəticəsində, Yəmənin Əl-Hudəydə əyalətinin cənubunda yerləşən Əl-Xuxa şəhərində ən azı bir neçə nəfər ölüb və yaralanıb.

Ən Çox Müzakirə Olunan