İraqda baş verən son hadisələr, 16 İyul 2023
İraqın Həşd-Şəəbi Təşkilatı Mosulun cənub bölgələrində bu bölgələrin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

İraqın Həşd-Şəəbi Təşkilatı Mosulun cənub bölgələrində bu bölgələrin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
Yəmənin Qurtuluş Hökuməti Eritreya donanmasının Yəmən sularında yəmənli balıqçılara qarşı düşməncəsinə hərəkətlərinə qarşı xəbərdarlıq və qətiyyətli cavab vəd etdi.
İraqın baş naziri Dəməşqə rəsmi səfəri zamanı Suriya prezidenti ilə görüşüb və ticarət mübadiləsi, nəqliyyat, siyasi və təhlükəsizlik məsələləri, həmçinin terrorizmlə mübarizə kimi bəzi məsələləri müzakirə edib.
İraq müqavimət dəstələrinin ABŞ-ın İraqdan çıxarılması ilə bağlı israrları və Bağdaddakı Amerika səfirliyinin yerləşdiyi Yaşıl Zonasına qarşı davamlı təhdidləri, Vaşinqtonu İraqda öz qüvvələrini saxlamaq variantlarını nəzərdən keçirməyə, İraqın Kürdüstan bölgəsində və ya Suriyanın cənubunda İraq və Suriya sərhədindəki bölgələrdə yeni bazalar qurmağa vadar edib. Amerikalılar iyirmi ilə yaxındır ki, İraqdadırlar. Onların mövcudluğunun sayı və keyfiyyəti fərqli olsa da, amma hal-hazırda amerikalıların İraqda mövcudluğu sabitdir. Onlar həmçinin Suriyadakı mövcudluqlarından və hərbi konvoylarının yeni qurulan bazalara köçürülməsindən əldə etdikləri gəlirlərdən faydalanırlar.
Minlərlə sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 28-ci həftədir ki, sionist rejim baş nazirinin məhkəmə islahatları proqramına etiraz olaraq etiraz aksiyaları keçirib.
Bir fələstinlinin İordan çayının qərb sahilinin cənubundakı Taqu keçid məntəqəsində keçirdiyi silahlı əməliyyat nəticəsində ən azı 3 sionist yaralanıb.
Ənsarullah və Səudiyyə koalisiyası arasında yazılmamış atəşkəs rejiminin davam etməsinə baxmayaraq, Yəməndəki münaqişələr bu ölkənin işğal olunmuş ərazilərinə keçib və Səudiyyə koalisiyasına tabe olan qruplaşmalar Yəməndə daha çox güc və təsir əldə etməyə çalışırlar. Bu vəziyyət Yəmənin istefa vermiş hökumətinin mövqelərinin zəifləməsinə səbəb olub və bu hökumətin prezident şurasının üzvləri Ənsarullaha qarşı onun uğurlarına ümid […]
Livan kanalı mənbələrə istinadən iddia edib ki, Amerika koalisiya qüvvələri və ona bağlı qüvvələrin Fərat çayının şərqində fəaliyyətləri artıb.
İran Kürdüstan Demokrat Partiyasının üzvü İraqın Kürdüstan bölgəsində yerləşən Ərbil şəhərinin ətrafı Bəhreke şəhəri yaxınlığında naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
Əshab Əl-Kəhf müqavimət dəstəsi bəyanat dərc edərək İraq xalqını Amerikanın Bağdad səfirliyi qarşısında etiraz aksiyasına çağırıb.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü axşam Livanda 33 günlük müharibənin ildönümü münasibətilə çıxış edib.
Sionist rejim müharibə naziri Yoav Qallant dünən axşam saatlarında ölkəmizə daxil olub və rəsmi səfərləri başlayıb.