Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 22 Avqust 2023 - 22:40

Rusiya qırıcıları İdlibə hücum edib

Bu gün Rusiya ordusunun qırıcıları Maara Masrin və Ahsom şəhərləri də daxil olmaqla, Suriyanın İdlib vilayətindəki müxtəlif bölgələrdə yerləşən terrorçuların mövqelərini hədəfə alıb. Terrorçulara yaxın medialar bu hücumlar nəticəsində bir neçə mülki vətəndaşın yaralandığını iddia edib.

Çərşənbə axşamı 22 Avqust 2023 - 19:37

ABŞ iki Suriya silahlı qruplaşmasına sanksiya tətbiq edib

ABŞ hökumətinin Maliyyə Nazirliyi Türkiyənin Suriyada dəstəklədiyi “Firqətu Əl-Sultan Süleyman Şah” və “Firqətu Əl-Həmzə” adlı iki silahlı qruplaşmaya qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Bildirilir ki, Amerika hökuməti Hələb vilayətində yerləşən Afrin şəhərindən kürdləri qovmaq, əmlaklarını müsadirə etmək, kürdlər, yezidilər və Afrin bölgəsinin bəzi digər sakinlərinin geri qayıtmasının qarşısını almaq ittihamı ilə bu iki qruplaşmaya sanksiya tətbiq edib.

Bazar ertəsi 21 Avqust 2023 - 14:34

İranın Hirmənd çayından su-haqqı məsələsi hara çatdı?

Taliban baş nazirinin siyasi müavini Moləvi Əbdül Kəbir, İranın Hirmənd çayına iddiası məsələsinin hər iki tərəfdən anlayışla həll edildiyini açıqladı, lakin İranın energetika nazirinin müavini ona peyk görüntülərində kifayət qədər su ehtiyatına malik olduğu bilinən Kajaki bəndinə baxış keçirməsi icazəsi verilmədiyini açıqladı.

Ən Çox Müzakirə Olunan