Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar 17 Sentyabr 2023 - 15:16

Bağdadda İŞİD ünsürləri saxlanılıb

İraq Milli Kəşfiyyat Xidməti Bağdadda təhlükəli terrorçu dəstənin aşkarlandığını və onun üzvlərinin həbs edildiyini açıqlayıb. İŞİD terror qruplaşmasının ünsürləri olan bu komandanın üzvləri Bağdadda İmam Hüseyn (ə) mukəblərinə, polis mərkəzlərində, nəzarət-buraxılış məntəqələrində və bazarlarda kamikadze əməliyyatları keçirmək niyyətində olublar.

Şənbə 16 Sentyabr 2023 - 18:50

Terrorçuların Latakiyanın şimalına dron hücumü; Beş suriyalı əsgər şəhid oldu

Təhrir Əş-Şam terror qruplaşmasının Latakiyanın şimalında yerləşən Əbu Əli yüksəkliyində Suriya ordusunun mövqelərinə dron hücumu nəticəsində azı 5 suriyalı əsgər şəhid olub. Çox güman ki, bu hücuma cavab olaraq yaxın günlərdə Rusiya qırıcıları ilə birlikdə Suriya ordusunun döyüşçüləri də Təhrir Əş-Şamın mövqelərinə hücumlar təşkil edəcək.

Şənbə 16 Sentyabr 2023 - 18:26

Sələfi tələbələr; İdlibdəki təhsil vəziyyətinə bir baxış

Suriyanın Qurtuluş Hökumətinin işğal olunmuş bölgələrdə, xüsusilə İdlib və ətraf rayonlarda təhsil sistemi Təhrir Əş-Şam terrorçuları təsiri altındadır. Bu təşkilat təhsil müəssisələrinin və dini məktəblərin yaradılması yolu ilə sələfi təhsilini təşviq etməklə ardıcıl proqram hazırlayıb. Dövlət məktəblərinin nizamsız vəziyyəti və müəllimlərin etiraz olaraq dərsləri tətil etməsi, Təhrir Əş-Şamın nəzarəti altındakı dini məktəblərin genişləndirilməsi İdlibin işğal olunmuş ərazilərində yaşayan suriyalı uşaqların gələcəyi üçün iki əsas problemdir. Bu problemlər gələcəkdə Suriyaya böyük ziyan vura bilər.

Cümə 15 Sentyabr 2023 - 12:28

Natamam yüksəliş və tam çöküş; İraqda Sədr hərəkatının marginallaşmasının hekayəsi və şiə hərəkatının liderləri üçün olan ibrətlər

Sədr hərəkatının həm nəticələrdə yüksəlməsinə, həm də İraq ictimai rəyində qəbulunun artmasına səbəb olan 2021-ci il İraq seçkiləri, nəhayət, Müqtəda Sədrin istefası ilə çökdü. Bu dövrün dəyişiklikləri İraqda müqavimətin maraqlarını kənara qoyan sekulyar şiə hərəkatının təhlükəsindən tutmuş, İraq şiə hərəkatının liderlərinin insanları özlərinə cəlb etmələri və şiələrin bir-birləri ilə ixtilaflarına mane olmalarına qədər, çox mühüm və əhəmiyyətlidir.

Cümə 15 Sentyabr 2023 - 11:04

Yəməndəki sülh danışıqlarının maneələrinə bir baxış

Yəmənin sülh danışıqları, ölkənin daxili mübahisələri və problemlərinə əlavə olaraq, ABŞ-ın müttəfiqi Səudiyyə koalisiyası ilə İranın rəhbərlik etdiyi müqavimət cəbhəsi arasında regional müharibə ilə bağlıdır. Ərəb ölkələri liderlərinin üç müraciət olunası yeri vurğulaması, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təkəbbürlü qətnaməsi və istefa vermiş Yəmən hökumətinin Səudiyyə koalisiyasından asılılığı Yəmən böhranının həlli yolunda ən mühüm maneələrdir. İran və Səudiyyə Ərəbistanı arasında əldə edilən Pekindəki son razılaşma ilə bu, mübahisələrin müzakirə edilməsi gözlənilir.

Cümə axşamı 14 Sentyabr 2023 - 22:26

Türkiyə hərbi karvanı Raqqaya daxil olub

Türkiyə ordusunun hərbi karvanı, o cümlədən 10 hərbi maşın və qazma maşınları logistika avadanlığı ilə birlikdə cümə axşamı yerli vaxtla səhər saat 6:00-da Təll-Əbyəd keçidi vasitəsilə Suriya ərazisinə daxil olub, sonra isə Eyn İsa şəhəri ətrafındakı Şərkrak bölgəsində yerləşib.

Cümə axşamı 14 Sentyabr 2023 - 18:18

Samirra zəvvarlarının yolunda partlayışın səbəbkarına edam hökmü verildi

İraqın Əl-Rəssafə Mərkəzi Cinayət Məhkəməsi 2022-ci ildə Əl-Tacidə (Bağdadın şimalında) Samirra zəvvarlarının yolunda baş verən partlayışın günahkarına edam hökmü çıxarıb. İraq Ali Məhkəmə Şurasının açıqlamasına görə, İŞİD terror qruplaşmasının üzvü olan partlayışı törədən şəxs bu hadisədən sonra çəkilişlər edibmiş.

Ən Çox Müzakirə Olunan