Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:22

Salahəddində İŞİD-in sığınacaqları aşkar edilib

İraqın Birgə Əməliyyatlar Komandanlığı elan edib: “Səlahəddin Əməliyyat Komandanlığı, Terrorla Mübarizə Təşkilatı, Həşd-Şəəbi qüvvələri, Ordu Hərbi Hava Qüvvələri, Hərbi Mühəndislik Bölməsi və Hərbi Kəşfiyyat İdarəsinin dəstəyi ilə İŞİD terrorçularına aid 9 sığınacaq və bir neçə bomba və partlayıcı maddə aşkar edilib”.

Bazar ertəsi 25 Sentyabr 2023 - 18:36

İraq və Suriya sərhədində Həşd-Şəəbi əməliyyata başlayıb

Həşd-Şəəbi Təşkilatının Əl-Ənbar vilayətindəki əməliyyat qərargahının komandiri Qasim Muslih Əl-Ənbarın qərbində və İraq və Suriya sərhədində səhra ərazilərinin təmizlənməsinə yönəlmiş genişmiqyaslı təhlükəsizlik əməliyyatının başladığını elan edib.

Bazar ertəsi 25 Sentyabr 2023 - 18:31

Yəməndə baş verən son hadisələr, 25 Sentyabr 2023

Əl-Qaidə terror qruplaşmasının Şəbvə əyalətində yerləşən Əl-Səid rayonunda Şəbvə Müdafiə Qüvvələrinə qarşı hücumlarının intensivləşməsindən sonra azı 4 nəfər həlak olub, təcili yardım maşını məhv edilib və hərbi bazaya maddi ziyan dəyib.

Bazar ertəsi 25 Sentyabr 2023 - 18:07

Kərkükdə İŞİD-in xarici batalyon komandiri həbs olundu

İraq Təhlükəsizlik Media Bölməsi elan edib: “Terrorla Mübarizə Təşkilatının bölmələri İraq Kürdüstanı Regional Təhlükəsizlik Əməliyyatları İdarəsi ilə koordinasiyada İŞİD terror qruplaşmasının xarici batalyonunun komandiri Əbu Buxarini Kərkük vilayətində həbs ediblər”.

Bazar ertəsi 25 Sentyabr 2023 - 17:22

Yeni Şamat layihəsində sionizm və Amerikanın izləri

“Yeni Şamat” layihəsinin regionda irəliləməsi Amerika şirkətlərinin və dolayısı ilə sionist şirkətlərin bu layihəyə daxil olmasını göstərir. Enerji məsələlərini, elektrik şəbəkəsi əlaqəsini və artan ticarət mübadiləsini vurğulayan bir plan.

Bazar ertəsi 25 Sentyabr 2023 - 16:54

İdlib iqtisadiyyatı; 5 nəfər və 5 şirkətdən ibarət şəbəkə

“Xüsusiyyətlər” mənasını verən “Ən-Nuxbə və ya Əs-Səfvə” anlayışı Suriyanın şimalında, xüsusən də Əl-Colani silahlılarının nəzarətində olan İdlibdə ən mübahisəli anlayışa çevrilib. Bu zümrə çoxlu imkanlara və sərvətlərə sahib olan, yüksək hakimiyyətə malik olan insanlardan ibarət azlıq təşkil edir ki, bu da zalımlıqdan və süquta səbəb olan fitnə-fəsaddan başqa heç bir nəticəsi yoxdur.

Ən Çox Müzakirə Olunan