Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Cümə 6 Oktyabr 2023 - 14:05

İraqda baş verən son hadisələr, 6 Oktyabr 2023

İraqın Həşd-Şəəbi Təşkilatının 30-cu Briqadasının qüvvələri bu bölgənin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün Mosulun kənarında təhlükəsizlik əməliyyatına başlayıb.

Cümə axşamı 5 Oktyabr 2023 - 18:15

İraqın müdafiə naziri Türkiyəyə səfər edib

Türkiyə ordusunun İraqın şimalındakı hədəflərə aviazərbələrinin artdığı bir vaxtda İraqın müdafiə naziri Sabit Məhəmməd Əl-Abbasi yüksək rütbəli hərbi heyətin başında Türkiyəyə rəsmi səfər edib. Bu səfər Türkiyənin müdafiə naziri Yaşar Gülərin dəvəti ilə həyata keçirilib. Bildirilib ki, İraq və Türkiyənin müdafiə nazirləri təhlükəsizlik və müdafiə məsələlərini, müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Cümə axşamı 5 Oktyabr 2023 - 00:13

Türkiyənin xarici işlər naziri: İraq və Suriyada terrorçuların mövqeləri bizim qanuni hədəflərimizdir

Ankarada mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında törədilən kamikadze partlayışı və terror aktına toxunaraq deyib: “Bundan sonra PKK terror qruplaşmasının İraq və Suriyadakı bütün mövqeləri Türkiyə Silahlı Qüvvələri üçün qanuni hədəflər sayılır”.

Çərşənbə 4 Oktyabr 2023 - 21:28

Safir neft yatağında Mərib qəbilələri ilə istefa vermiş hökumət qüvvələri arasında gərginlik artıb

Aali-Dəmaşiqə qəbiləsinin silahlıları Vadi Ubeydə bölgəsindəki Safir neft yatağında yerləşdirilib. Bu addım Səudiyyə Ərəbistanının göstərişi ilə İslah partiyası silahlılarının (istefa vermiş hökumətə bağlı) yerləşdirilməsinə və Safir neft yatağının mühasirəyə alınmasına cavab olaraq həyata keçirilib. Aali-Dəmaşiqə qəbiləsi ilə istefa vermiş hökumət qüvvələri arasında gərginlik artıq ikinci həftədir ki, davam edir və qəbilə silahlıları neft və qaz […]

Ən Çox Müzakirə Olunan