Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 16 Oktyabr 2023 - 23:34

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 16 Oktyabr 2023

Döyüşlərin 10-cu günündə Qəzza zolağı ətrafında xüsusi və əhəmiyyətli quru münaqişəsi olmayıb. İsrail ordusunun quru qoşunlarının Qəzza zolağı ətrafında hərəkətləri hazırda hələ də müdafiə xarakteri daşıyır. Bu gün Qəzza və onun ətrafında baş verən hadisələrin əksəriyyəti İsrail rejiminin Qəzza zolağının müxtəlif bölgələrini bombalaması, eləcə də Fələstin müqavimət döyüşçülərinin işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrinə raket hücumları […]

Bazar ertəsi 16 Oktyabr 2023 - 22:03

Sionist rejimin hücumlarında 14 fələstinli jurnalist şəhid olub

Fələstin Jurnalistlər Birliyi Əl-Əqsa Fırtınası döyüşünün başladığı gündən Qəzzanın bombalanması nəticəsində 11 fələstinli jurnalistin şəhid olduğunu, 20-dən çox jurnalistin isə yaralandığını və İki jurnalistin də itkin düşdüyünü açıqlayıb. Qeyd edək ki, hazırda 1000-ə yaxın fələstinlinin cəsədi hələ də bombalanmış evlərin dağıntıları altında qalıb və xilasetmə qüvvələri imkan olmadığından bu cəsədləri dağıntılar altından çıxara bilmir. Fələstin […]

Bazar ertəsi 16 Oktyabr 2023 - 21:22

Fələstin müqavimət raketləri İsrail Knessetinin iclasını yekunlaşdırdı + VİDEO

Kətaib əl-Qəssamın işğal altındakı Təl-Əviv və Qüds şəhərlərinə iri raket hücumundan sonra həyəcan sirenləri çalınıb və bu şəhərlərin ətraf ərazilərinə bir neçə raket düşüb. Həmçinin İsrail Knessetinin binası yaxınlığında bir neçə raketin müşahidə edilməsi və təqib olunması İsrail nümayəndələrinin görüşünün yekunlaşmasına səbəb oldu.

Bazar ertəsi 16 Oktyabr 2023 - 21:03

Blinken son bir neçə gündə ikinci dəfə Təl-Əvivə səfər etdi + VİDEO

İşğal olunmuş Fələstinə səfərindən sonra son bir neçə gündə bölgənin bir neçə ölkəsinə səfər edən və rəsmiləri ilə görüşüb son hadisələri müzakirə edən Amerika Xarici İşlər Naziri Entoni Blinken bir neçə saat əvvəl işğal olunmuş ərazilərə qayıdıb. CNN iddia edib ki, o, Benyamin Netanyahu və sionist rejimin bir neçə yüksək vəzifəli rəsmisi ilə görüşməyə və […]

Bazar ertəsi 16 Oktyabr 2023 - 20:36

İşğal altındakı Fələstinin şimalında gərginlik və münaqişələri saxlamaqda məqsəd nədir?

Son iki gündə müqavimət qüvvələri ilə sionist rejim Ordusu arasında toqquşma və atışma Livan və işğal olunmuş Fələstinin sərhədlərində intensivləşsə də, cavab və əks-hücum növü göstərir ki, tərəflərin heç biri ciddi gərginliklərə niyyəti yoxdur. Bəs Hizbullahın işğal olunmuş Fələstinin şimalında İsrail ordusunun mövqelərinə hücumlarının məqsədləri nədir?

Bazar ertəsi 16 Oktyabr 2023 - 19:57

İsrailin Qəzza zolağının şimalına aviazərbələri yenidən başlayıb

Sionist rejim qırıcıları Qəzza zolağının şimal bölgələrini bombalayıblar. İsrailin hava hücumlarının davam etməsi Fələstin münaqişəsini azaltmaq üçün atəşkəsin olmadığını göstərir. Fələstin müqavimət qrupları da İsrailin Qəzza zolağının şimalındakı hava hücumlarına Tel-Əviv şəhərinə bir neçə raket atmaqla cavab verib. Bu hücumlardan sonra Təl-Əviv və digər işğal olunmuş şəhərlərdə həyəcan sirenləri çalınıb.

Bazar ertəsi 16 Oktyabr 2023 - 17:10

Qəzza zolağında beş saatlıq atəşkəs yaradılacaqmı? + VİDEO

Reuters xəbər agentliyi Misirin iki təhlükəsizlik mənbəsinə istinadən iddia edib ki, Misir, sionist rejim və ABŞ yerli vaxtla saat 09:00-dan başlayaraq Qəzzada müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Bildirilir ki, Qəzza zolağında 5 saatlıq müvəqqəti atəşkəsin məqsədi ikili vətəndaşların Qəzzanı tərk etməsi və bu zolağın əhalisi üçün humanitar ərzaq və dərman yardımının gəlməsidir.

Bazar ertəsi 16 Oktyabr 2023 - 17:01

İsrail dronları Livanın cənubunda müqavimət qruplarının mövqelərinə hücum edib + FOTO

İsrail dronları iki raketdən istifadə edərək Livanın cənubunda yerləşən Kəfərkala şəhərində müqavimət qüvvələrinin mövqelərinə hücum edib. İsrail dronları Kəfərkalaya hücumuna cavab olaraq müqavimət qrupları bu rejimin ordu qüvvələrinin Əl-Mətla sərhəd bölgəsindəki mövqelərinə artilleriya ilə hücum edib.

Ən Çox Müzakirə Olunan