ABŞ-ın Eyn Əl-Əsəddəki mövqelərinə dron hücumu olub + FOTO
Amerikalı terrorçuların Eyn əl-Əsəd bazasındakı mövqeləri İraq İslam Müqaviməti dronlarının hücumu ilə hədəfə alınıb.
Amerikalı terrorçuların Eyn əl-Əsəd bazasındakı mövqeləri İraq İslam Müqaviməti dronlarının hücumu ilə hədəfə alınıb.
İraqın Kürdüstan Bölgəsinin Camaat-i İslami Partiyasının lideri Mamusta Əli Bapir Fələstinə dəstək aksiyasında Kürdüstan bölgəsi hökumətini tənqid edib.
Döyüşlərin 16-cı günündə Qəzza zolağı ətrafında ciddi quru döyüşləri müşahidə olunmayıb. İsrail ordusunun quru qoşunlarının Qəzza zolağı ətrafında hərəkətləri hazırda hələ də müdafiə xarakteri daşıyır. Həmçinin, Qəzza zolağı ətrafındakı İsrail yaşayış məntəqələrinə və digər ərazilərə raket hücumları davam edir.
Livan Hizbullahı ilə İsrail ordusu arasında Fələstinin şimal cəbhəsi və Livanın cənubunda münaqişələr regional vəziyyətə və müqavimət cəbhəsinin ABŞ-la yarandığı gərginliyinə görə artilleriya hücumları, hava zərbələri və atış mübadiləsi səviyyəsi ilə məhdudlaşıb.
İraqın Ərbil vilayətində yerləşən Hərir hava limanında amerikalı əsgərlərin mövqeləri İraq müqavimət qruplarının dron hücumu ilə hədəfə alınıb.
Livan Hizbullahı bəyanat yayaraq, beş qüvvəsinin şəhid olduğunu elan edib.
İsrail ordusu bir neçə raket ataraq Dəməşq və Hələb hava limanlarına hücum edib.
Fələstin müqavimət qrupları ilə sionist rejim arasında gedən döyüşlər zamanı 1500-dən çox israilli həlak olub, 4900-dən çox israilli yaralanıb və ən azı 210 israilli Fələstin hərbçiləri tərəfindən əsir götürülüb.
Döyüşlərin 15-ci günündə Qəzza zolağı ətrafında xüsusi və əhəmiyyətli quru münaqişəsi olmayıb. İsrail ordusunun quru qoşunlarının Qəzza zolağı ətrafında hərəkətləri hazırda hələ də müdafiə xarakteri daşıyır. Bu sahədə yeganə mühüm dəyişiklik Aruz keçidi ilə bağlıdır. Yerli mənbələrin məlumatına görə, İsrail rejimi Qəzza zolağının şimalındakı Aruz keçidinə nəzarəti bərpa edib. Əgər İsrail rejimi Qəzza zolağına qurudan hücum etmək niyyətindədirsə, Qəzza zolağının bütün şimal bölgələrini nəzarətə götürmək lazımdır.
Suriya ordusu bir neçə saat əvvəl İdlibin cənubunda yerləşən Mərablit və əl-Fatirə bölgələrində terrorçuların mövqelərinə artilleriya hücumlarına başlayıb. Bu hücumlarla eyni vaxtda Rusiya qırıcı təyyarələri də İdlib vilayətinin bəzi bölgələrində, o cümlədən Ermanaz bölgəsində terrorçuların mövqelərini hədəfə alıb.
Ənsarullahın nəzarəti altında olan bölgələrdə Yəmən xalqı Əl-Əqsa Fırtınası əməliyyatının başlamasından bəri dördüncü dəfədir ki, Fələstin xalqı və müqavimət qruplarına dəstək üçün toplaşaraq kütləvi nümayişlər keçirib.
Humanitar yardım daşıyan bir neçə Misir yük maşını Rəfah keçidinin Fələstin tərəfinə daxil olub və Qəzza yük maşınları yardımın daşınması üçün gözləyiblər.