Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar 26 İyun 2022 - 23:20

72 saat ərzində Kormor qaz yatağına üç raket hücumu!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Kürdüstanının Çamçamal bölgəsindəki Kormor qaz yatağı son 72 saat ərzində naməlum qruplar tərəfindən üç dəfə atılan raketlərlə hədəfə alınıb. Kormor qaz yatağı BƏƏ-nin Dane Gaz şirkəti tərəfindən idarə olunur.

Bazar 26 İyun 2022 - 21:08

Suriyada baş verən son hadisələr, 26 İyun 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində hədəfli şəkildə baş verən sui-qəsdlərin ardınca Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat məmuru Dəraa şəhərində bombanın partlaması nəticəsində şəhid olub, üç nəfər isə yaralanıb.

Bazar 26 İyun 2022 - 16:35

İranın Rusiyadakı səfiri Çeçenistana səfər etdi!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazim Cəlali Çeçenistan Respublikasına səfəri çərçivəsində çərşənbə axşamı, iyunun 21-də Çeçenistan prezidenti Ramzan Kadırov ilə görüşüb.

Şənbə 25 İyun 2022 - 17:47

Fələstində baş verən son hadisələr, 25 İyun 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ramallahın şərqində İsrail hərbçiləri tərəfindən güllələnərək yaralanan 16 yaşlı fələstinli yeniyetmə aldığı yaraların ağırlığına görə şəhid olub.

Şənbə 25 İyun 2022 - 16:48

İraqda baş verən son hadisələr, 25 İyun 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD-in Əl-Ənbar vilayətindəki nümayəndəsi də daxil olmaqla 7 İŞİD üzvü keçən həftə İraq qüvvələri tərəfindən öldürülüb, daha 6 nəfər isə İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Cümə axşamı 23 İyun 2022 - 04:49

Taliban İranın Hirmənd çayından su hüquqlarını təmin etməyə razılaşıb

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban hökumətinin Enerji və Su Nazirliyinin nümayəndə heyəti ilə İran rəsmiləri arasında Tehrana səfər və məsləhətləşmələrdən sonra tərəflər Helmənd sazişinin həyata keçirilməsi və İranın Hirmənd çayından su almaq hüququnun təmin edilməsi barədə razılığa gəliblər.

Cümə axşamı 23 İyun 2022 - 03:40

Bennett və Lapid arasındakı razılaşmanın kölgəsində; İsrail parlamentariləri Knessetin işinin dayandırılmasına razı oldular!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin baş naziri və xarici işlər nazirinin Knessetin işinin dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlarından sonra İsrail parlamentinin üzvləri Knessetin fəaliyyətinin dayandırılması ilə bağlı ilkin planın lehinə səs veriblər.

Ən Çox Müzakirə Olunan