Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 23 Oktyabr 2023 - 21:00

Müqavimət qrupları tərəfindən işğal olunmuş Fələstinin şimalında İsrail mövqelərinə dron hücumu + VİDEO

Aralıq dənizi vasitəsilə Hayfa körfəzinə pilotsuz təyyarənin gəlməsinin ardınca işğal olunmuş Fələstinin şimal yaşayış məntəqələrində, xüsusilə Hayfa və Akko şəhərlərində həyəcan sirenləri çalınıb. İsrailin hava hücumundan müdafiəsi bu pilotsuz təyyarəyə sahilyanı Akko şəhərinin səmasında cavab verib. Bu hücum Livandan Hizbullah və ya Fələstin müqavimət qrupları tərəfindən həyata keçirilib. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, İsrail […]

Bazar ertəsi 23 Oktyabr 2023 - 20:46

Kətaib əl-Qəssam dronları işğal olunmuş Fələstinin cənubundakı İsrail bazalarına hücum etdi + VİDEO

Kətaib əl-Qəssam İsrail Hərbi Hava Qüvvələrinə məxsus 107-ci “Narıncı quyruqlu cəngavərlər” eskadrilyasının Hatzirim aviabazasındakı mövqelərinə və Sina ordusunun Tezlim bazasındakı qərargahına iki “Zvari” kamikadze pilotsuz təyyarəsi ilə hücum edib. İsrail ordusu Qəzza zolağının şərqində yerləşən Niruz və Ayn Habsur bölgələrində bu pilotsuz təyyarələri ələ keçirərək məhv etdiyini iddia edib.

Bazar ertəsi 23 Oktyabr 2023 - 20:03

Yəmən ordusunun İsrailə hücumu təsdiqləndi; Səudiyyə Ərəbistanı və Türkiyə Amerikaya hücumu dəf etməyə kömək etdi! + VİDEO

Yəmənin Qurtuluş Hökumətinin müvəqqəti baş naziri ölkə silahlı qüvvələrinin İsrail mövqelərinə raket və pilotsuz təyyarələrlə hücumunu təsdiqləyib. Türkiyə media və hərbi rəsmilərinin məlumatına görə, Səudiyyə Ərəbistanı və Türkiyədəki NATO bazası bu hücumu dəf etmək üçün ABŞ ilə əməkdaşlıq edib.

Bazar ertəsi 23 Oktyabr 2023 - 19:24

31 ildən sonra yenədə Tehran danışıqları!

Azərbaycan prezidenti və Ermənistanın baş naziri iki ölkə arasındakı problemləri 3+3 danışıqları çərçivəsində həll etməyə hazır olduqlarını bəyan ediblər. Bu işçi qrupun ilk iclası tezliklə Tehranda keçiriləcək. Bu danışıqlar Qafqazın gələcəyinin taleyinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir və danışıqlar aparan tərəflərin hər biri tələblərinin nə dərəcədə yerinə yetiriləcəyini müzakirə edəcək.

Bazar ertəsi 23 Oktyabr 2023 - 19:06

Türkiyə Qamışlı şəhərinə dron hücumu edib

Yerli mənbələr dünən 22 oktyabr tarixində Türkiyə ordusu dronunun Suriyanın Həsəkə vilayətində yerləşən Qamışlı şəhərinin Əl-Korniş prospektində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobilə hücum etdiyini bildirib. Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin hücumda bir neçə SDQ qüvvəsinin öldürüldüyü və yaralandığı bildirilir.

Ən Çox Müzakirə Olunan