Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar 30 Oktyabr 2022 - 22:25

Yəməndə baş verən son hadisələr, 30 Oktyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəhm və Bəkil qəbilələri Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrində Əl-Covf əyalətində istefa vermiş hökumətin valisi Şeyx Əmin Əl-Əkiminin həbsinə etiraz olaraq nümayiş və hərbi təlim keçirib.

Bazar 30 Oktyabr 2022 - 03:01

İŞİD Həzrət Şahçerağ (ə) hərəminə hücum edən terrorçunun görüntülərini yayımlayıb + VIDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD qruplaşması Həzrət Əhməd bin Musa Kazım Şahçerağın (ə) müqəddəs hərəmindəki terror aktını törətdiyi iddiasının həqiqiliyini, bu terror aktını törədən Əbu Aişə Əl-Ömərinin şəklini və videosunu dərc etməklə təsdiqləyib.

Şənbə 29 Oktyabr 2022 - 23:46

İraqda baş verən son hadisələr, 29 Oktyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq parlamentinin deputatları, Əs-Sudani Kabinetinin nazirləri və onun hökumətinin planlarına səs verdikdən bir gün sonra, hakimiyyətin Mustafa Əl-Kazimidən Məhəmməd Şəyya Əs-Sudaniyə rəsmi təhvil verilməsi mərasimi, İraq Baş Nazirliyinin sarayında keçirilib.

Cümə axşamı 27 Oktyabr 2022 - 19:48

BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?

Əl-Rəyyan, bu yaxınlarda Ənsarullahın hərbi hədəflərinin listinə daxil olan Həzərmut əyalətinin mərkəzi Əl-Mukəlla şəhərinin şərqində yerləşən sahil şəhəridir. BƏƏ-nin Amerika və İsrail şirkətlərinin və məsləhətçilərinin dəstəyi ilə Həzərmut əyalətinin neft ixracını artırmaq məqsədi ilə bu şəhərin hava limanı və dəniz limanını inkişaf etdirməsi bu sahil şəhərinin əhəmiyyətini göstərir.

Ən Çox Müzakirə Olunan