Sionist Rejimi - İslam Dünyası Xəbərləri

Çərşənbə 19 Aprel 2023 - 22:52

Fələstində baş verən son hadisələr, 19 Aprel 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, azı 11 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və daşımaq, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Şənbə 15 Aprel 2023 - 21:48

Münaqişə axtarmaq: İrana qarşı İsrail-Azərbaycan əməkdaşlığı

Bölgədə qüvvələr balansını dəyişməyə çalışan İsrail illərdir Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirir, sonuncunun Ermənistanla münaqişəsinə təsir edir və həmsərhəd İranla böhran yaradır. Martın 6-da Haaretz-in araşdırmasına görə, İsrail silahları 2020-ci ildə minlərlə dinc sakinin ölümünə, yaralanmasına və didərgin düşməsinə səbəb olan Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinə çatdırılıb.

Cümə axşamı 13 Aprel 2023 - 18:34

Poster: Azərbaycan müsəlmanları Fələstinin yanındadır!

Ramazan ayının son cüməsi, İslam dünyasında “Qüds” günü olaraq qeyd edilir. Bugün müsəlmanlar sionist rejimin işğalçı hərəkətlərini şiddətli şəkildə qınayır və Fələstin xalqı ilə həmrəyliyini nümayiş etdirir. Ölkəmizdə zalım Əliyev rejiminin repressiyaları tüğyan etdiyi bir zamanda, müqavimətə dəstək olaraq, “İslam Dünyası Xəbərləri” informasiya agentliyinin təqdim etdiyi şəkilləri sosial şəbəkə hesablarınızın profillərinə yerləşdirməyiniz xahiş olunur. Bu kompaniya vasitəsilə həm dünya, həm də ölkəmizdəki zalımlara qarşı durduğumuzu və müqavimət cəbhəsinin yanında olduğumuzu nümayiş etdirək.

Bazar ertəsi 10 Aprel 2023 - 23:11

İsrail aviasiyası Suriyanın cənubuna hücum edib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyadan işğal olunmuş Qolana raket hücumuna cavab olaraq Suriyanın cənubundakı hədəflərə bir neçə raket zərbəsi endirib.

Ən Çox Müzakirə Olunan