İraq - İslam Dünyası Xəbərləri

Çərşənbə 20 Sentyabr 2023 - 19:37

Amerika Arabat hava limanına hücumu qınayıb

Amerikanın Bağdaddakı səfirliyi bir bəyanatda bildirib: “İraqın Süleymaniyyə vilayətindəki Arabat hava limanına edilən hücumu pisləyirik və İraqın ərazi suverenliyi və bütövlüyünə dəstəyimizi bir daha vurğulayırıq, çünki hər ikisi regionun sabitliyi və təhlükəsizliyi üçün lazımdır”. Bu bəyanatda bu hadisənin qurbanlarının ailələri ilə həmrəylik ifadə edilir.

Bazar 17 Sentyabr 2023 - 15:16

Bağdadda İŞİD ünsürləri saxlanılıb

İraq Milli Kəşfiyyat Xidməti Bağdadda təhlükəli terrorçu dəstənin aşkarlandığını və onun üzvlərinin həbs edildiyini açıqlayıb. İŞİD terror qruplaşmasının ünsürləri olan bu komandanın üzvləri Bağdadda İmam Hüseyn (ə) mukəblərinə, polis mərkəzlərində, nəzarət-buraxılış məntəqələrində və bazarlarda kamikadze əməliyyatları keçirmək niyyətində olublar.

Cümə 15 Sentyabr 2023 - 12:28

Natamam yüksəliş və tam çöküş; İraqda Sədr hərəkatının marginallaşmasının hekayəsi və şiə hərəkatının liderləri üçün olan ibrətlər

Sədr hərəkatının həm nəticələrdə yüksəlməsinə, həm də İraq ictimai rəyində qəbulunun artmasına səbəb olan 2021-ci il İraq seçkiləri, nəhayət, Müqtəda Sədrin istefası ilə çökdü. Bu dövrün dəyişiklikləri İraqda müqavimətin maraqlarını kənara qoyan sekulyar şiə hərəkatının təhlükəsindən tutmuş, İraq şiə hərəkatının liderlərinin insanları özlərinə cəlb etmələri və şiələrin bir-birləri ilə ixtilaflarına mane olmalarına qədər, çox mühüm və əhəmiyyətlidir.

Cümə axşamı 14 Sentyabr 2023 - 18:18

Samirra zəvvarlarının yolunda partlayışın səbəbkarına edam hökmü verildi

İraqın Əl-Rəssafə Mərkəzi Cinayət Məhkəməsi 2022-ci ildə Əl-Tacidə (Bağdadın şimalında) Samirra zəvvarlarının yolunda baş verən partlayışın günahkarına edam hökmü çıxarıb. İraq Ali Məhkəmə Şurasının açıqlamasına görə, İŞİD terror qruplaşmasının üzvü olan partlayışı törədən şəxs bu hadisədən sonra çəkilişlər edibmiş.

Çərşənbə 13 Sentyabr 2023 - 21:04

İraqın xarici işlər naziri Tehrana səfər edib

İraqın xarici işlər naziri Tehrana rəsmi səfəri zamanı iranlı həmkarı ilə görüşüb və təhlükəsizlik, ticarət, iqtisadi və mədəni əlaqələr kimi bəzi məsələləri müzakirə edib.

Çərşənbə 13 Sentyabr 2023 - 18:42

İran silahlı qüvvələrinin ölkənin qərbindəki hərəkətləri artıb

İran Silahlı Qüvvələrinin İraqın Kürdüstan bölgəsində yerləşən silahlı qruplaşmalara qarşı əməliyyatlarının başlamasına az qaldığı zaman ilə eyni vaxtda kiberməkanda yayımlanan videolar İranın qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun hərəkətlərinin artdığını göstərir.

Çərşənbə 13 Sentyabr 2023 - 07:56

Amerika şirkətlərinin və podratçılarının İraq üzərində hökmranlığı

Amerika işğalçılarının İraqda olması və Səddam rejiminin süqutu ilə İraqın siyasi sisteminin qeyri-sabit olmasından sonra ABŞ hərbi varlığı ilə birlikdə şirkətlərinin və podratçılarının inkişafı vasitəsi ilə İraqın demək olar ki, bütün iqtisadi, logistika, media, təhsil və sosial sahələrinə nüfuz etdi. Belə ki, bəzi iraqlı analitiklərin fikrincə, Amerika öz şirkətləri ilə İraqı mühasirəyə alıb. Amerika şirkətlərini və podratçılarını İraqa sərmayə qoymağa təşviq etməyə çalışır. Bu yolla İraqın ABŞ-dan təhlükəsizlik, iqtisadi və sosial asılılığı daha da güclənir.

Ən Çox Müzakirə Olunan