İraq - İslam Dünyası Xəbərləri

Cümə axşamı 5 Oktyabr 2023 - 00:13

Türkiyənin xarici işlər naziri: İraq və Suriyada terrorçuların mövqeləri bizim qanuni hədəflərimizdir

Ankarada mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında törədilən kamikadze partlayışı və terror aktına toxunaraq deyib: “Bundan sonra PKK terror qruplaşmasının İraq və Suriyadakı bütün mövqeləri Türkiyə Silahlı Qüvvələri üçün qanuni hədəflər sayılır”.

Çərşənbə 4 Oktyabr 2023 - 12:16

İraq və Fransa hərbi əməkdaşlıqlarını artırırlar

İraqın birgə əməliyyat qərargahı komandirinin müavini və Fransa ordusunun beynəlxalq və strateji əlaqələr üzrə müavini müxtəlif səviyyələrdə və sahələrdə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Cümə axşamı 28 Sentyabr 2023 - 13:45

Bərzaninin Kürdüstan bölgəsinin çökməsindən qorxması; Kürdlər Baydendən nə istəyirlər?

İraq Kürdüstanının baş naziri Məsud Bərzani Amerika Birləşmiş Ştatlarının prezidenti Baydenə yazdığı son məktubunda İraq Kürdüstanının dağılması ilə bağlı xəbərdarlıq edib. Bu məktub Ərbil və Bağdad arasında gərginliyin artdığı bir vaxtda ABŞ-ın Kürdüstan bölgəsinə daha çox diqqət yetirməsini tələb etmək məqsədi daşıyır. İraqın Kürdüstan Bölgəsi Bayden hökumətinin xarici siyasətində və qlobal proseslərdə yüksək prioritetə ​​malik deyil və İraqın mərkəzi hökuməti də öz maraqlarını tam yox, müəyyən dərəcədə qorumaq üçün fürsətdən istifadə edə bilər.

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:22

Salahəddində İŞİD-in sığınacaqları aşkar edilib

İraqın Birgə Əməliyyatlar Komandanlığı elan edib: “Səlahəddin Əməliyyat Komandanlığı, Terrorla Mübarizə Təşkilatı, Həşd-Şəəbi qüvvələri, Ordu Hərbi Hava Qüvvələri, Hərbi Mühəndislik Bölməsi və Hərbi Kəşfiyyat İdarəsinin dəstəyi ilə İŞİD terrorçularına aid 9 sığınacaq və bir neçə bomba və partlayıcı maddə aşkar edilib”.

Bazar ertəsi 25 Sentyabr 2023 - 18:36

İraq və Suriya sərhədində Həşd-Şəəbi əməliyyata başlayıb

Həşd-Şəəbi Təşkilatının Əl-Ənbar vilayətindəki əməliyyat qərargahının komandiri Qasim Muslih Əl-Ənbarın qərbində və İraq və Suriya sərhədində səhra ərazilərinin təmizlənməsinə yönəlmiş genişmiqyaslı təhlükəsizlik əməliyyatının başladığını elan edib.

Bazar ertəsi 25 Sentyabr 2023 - 18:07

Kərkükdə İŞİD-in xarici batalyon komandiri həbs olundu

İraq Təhlükəsizlik Media Bölməsi elan edib: “Terrorla Mübarizə Təşkilatının bölmələri İraq Kürdüstanı Regional Təhlükəsizlik Əməliyyatları İdarəsi ilə koordinasiyada İŞİD terror qruplaşmasının xarici batalyonunun komandiri Əbu Buxarini Kərkük vilayətində həbs ediblər”.

Ən Çox Müzakirə Olunan