İran - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 12 Sentyabr 2022 - 22:45

Əbdül-Salam və Əmir Abdullahian Tehranda görüşüblər + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullahın sözçüsü və Yəmənin Qurtuluş hökuməti üçün danışıqların rəhbəri Məhəmməd Əbdül-Salam İranın paytaxtı Tehrana səfəri zamanı İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian ilə bir araya gəlib və Yəmən və region məsələləri barədə müzakirələr aparıb.

Şənbə 10 Sentyabr 2022 - 23:08

Qərb niyə İrana üz tutdu?

“Müdaxilə”, “militarizm”, “işğal”, “müharibə” kimi sözləri eşidəndə dərhal “ABŞ” adı gəlir. 246 illik ömrünün 230 ilini xaricdə birbaşa və dolayısı ilə müharibələrdə keçirmiş, əksər hallarda İraq və Əfqanıstanın işğalı kimi bir ölkənin yanında avropalı müttəfiqləri var idi.

Şənbə 10 Sentyabr 2022 - 22:57

Böyük dövlətlərin müharibəsi getdikcə yaxınlaşır

Beynəlxalq münasibətlər nəzəriyyəsinə görə qarşıdan böyük dövlətlərin müharibəsi gəlir. Uzun illərdir ki, beynəlxalq münasibətlər nəzəriyyəsi əsas optimizmidən ilhamlanmışdır, “Foreign Policy” yazır. Amma son vaxtlar məqalə müəllifi gileylənir ki, bütün “sakitləşdirici” qüvvələr gözümüzün qabağında dağılır və böyük dövlətlər arasında müharibə ehtimalı artır.

Bazar 4 Sentyabr 2022 - 12:35

İranla mübarizə aparmaq üçün regionda Vahid Müdafiə Şəbəkəsi yaranıb

Vahid Müdafiə Şəbəkəsi planı bəzi ərəb ölkələri ilə normallaşma prosesindən sonra ilk dəfə olaraq sionist rejimin bəzi rəhbərləri tərəfindən təklif edildi. Bu plan Trampın Yaxın Şərq Strateji Alyansı (MESA) (Middle East Strategic Alliance (MESA)) adlı planıdır. Vahid Müdafiə Şəbəkəsi planı Ərəb NATO-su adlı planın yeni variantı sayıla bilər, lakin yeni planda İsrail də bu plana […]

Çərşənbə 31 Avqust 2022 - 19:56

Azərbaycan Respublikası yenidən Hüseyniyyunun təhvil verilməsini tələb edir! + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 30-da Tehrana səfər edərək İranın Baş prokuroru Höccətül-İslam Vəl-Müslimin Məhəmməd Cəfər Montəzeri ilə görüşüb. Deyilənə görə, Azərbaycan tərəfinin əsas tələblərindən biri də Hüseyniyyun müqavimət təşkilatının bəzi üzvlərinin Bakı hökumətinə təhvil verilməsidir!

Bazar ertəsi 29 Avqust 2022 - 16:39

Bakı anti-İran pantürk separatçılarına dəstəyini daha da aydın açıqladı!

Prezident İlham Əliyevin sionist müşaviri Arye Qutun qondarma “Cənubi Azərbaycan” məsələsinin gündəmə gətirilməsinin zəruriliyi ilə bağlı göstərişindən sonra Bakı Azərbaycan Respublikası Prezidentinin keçmiş müşaviri Qabil Hüseynlinin yarı rəsmi “APA” xəbər agentliyinə verdiyi müsahibəni yayımlayıb. “Cənubi Azərbaycanın müstəqilliyi bu gün regionun yeni reallığı olmalıdır” başlığı ilə Azərbaycan Respublikası hökumətinin İran əleyhinə olan pantürk separatçılarına dəstəyini açıq-aydın açıqladı!

Bazar ertəsi 29 Avqust 2022 - 01:29

İmam Xamenei müqəddəs Məşhədə səfəri zamanı İmam Rza (ə) qəbirinin təmizlənməsi mərasimində iştirak edib + FOTO və VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi khamenei.ir saytına istinadən xəbər verir ki, İran İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Uzma Seyid Əli Hüseyni Xameneinin iştirakı ilə Həzrət Samin Əl-Hücəc İmam Əli ibni Musa Ər-Rza əleyhis-salamın müqəddəs qəbiri mənəviyyatla dolu bir atmosferdə təmizlənib.

Cümə 26 Avqust 2022 - 01:49

İran İslam Respublikası Ordusunun birgə 1401 dron təlimi + FOTO və VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası Ordusunun birgə 1401 dron təlimi 24 avqust tarixində İranın cənubunda Fars körfəzindən Oman dənizinəcən, həmçinin İranın şərq, qərb, şimal və mərkəzində 150-dən çox dronla başlayıb.

Ən Çox Müzakirə Olunan