Xəbərlər - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 23 May 2023 - 21:22

Rəştdən Astaraya dəmir yolu və Əliyev hökumətinin rüsvayçılığı?

Rusiya Federasiyası və İran İslam Respublikası hökumətləri Rusiya sərmayəsi ilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair müqavilə imzalayıblar. Şimal-cənub koridorunu quru yolu ilə birləşdirmək üçün bu dəmir yolu Azərbaycan Respublikasının ərazisindən keçməlidir, lakin bu hökumətlər nəinki Azərbaycan hökumətini dəvət etmədilər, hətta bu hökumətin adını belə çəkmədilər. Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycan Respublikasının sərmayə qoymağı planlaşdırdığı şimal-cənub quru koridorunun yarımçıq qalan hissəsidir, lakin dövlətə məxsus Azərbaycan Dəmir Yolları Şirkəti ABŞ-ın sanksiyaları səbəbindən bu layihədən geri çəkilib.

Çərşənbə axşamı 23 May 2023 - 19:20

Suriyada baş verən son hadisələr, 23 May 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb (Kubani) şəhərinin qərb ətrafında Rusiya hərbi polisi və Türkiyə ordusu qüvvələrinin birgə patrul xidməti həyata keçirilib.

Çərşənbə axşamı 23 May 2023 - 13:48

Əfqanıstanda Bəxş Abad su bəndi kanallarının tikintisinə start verildi; Hamun bataqlığının ölümü anbaan yaxınlaşır + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın Fərah vilayətində Bəxş Abad su bəndi kanallarının tikintisinə Taliban hökuməti baş nazirinin iqtisadiyyat müavini Moləvi Əbdül Ğəni Bəradər və ölkənin su və enerji naziri Əbdül Lətif Mənsurun iştirakı ilə başlanılıb.

Şənbə 20 May 2023 - 23:29

Baxmut şəhəri Rusiya tərəfindən tam nəzarətə götürüldü + XƏRİTƏ

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, nəhayət, Donetsk vilayətinin əsas şəhəri olan Baxmut şəhərini ələ keçirmək üçün aylarla davam edən ağır və qanlı döyüşlərdən sonra Rusiya ordusu və Vaqner qüvvələri bu şəhərə tam nəzarəti ələ keçirib və döyüşlər Baxmut şəhərində sona çatdı.

Ən Çox Müzakirə Olunan