Xəbərlər - İslam Dünyası Xəbərləri

Cümə 30 İyun 2023 - 18:35

İraqda baş verən son hadisələr, 30 İyun 2023

Həşd-Şəəbi Təşkilatının 12-ci briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu ərazinin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

Cümə axşamı 29 İyun 2023 - 19:45

Hərbi Məlumat: Challenger 2 Tankı

FV4034 Challenger 2 tankı 1998-ci ildən Kral Britaniya Ordusu üçün BAE Systems Platforms & Services şirkəti tərəfindən istehsal olunan Britaniyanın Əsas Döyüş Tankıdır (MBT). Bu tank Britaniya Ordusunda xidmət edən üçüncü “Challenger” ünvanlı tankıdır.

Cümə axşamı 29 İyun 2023 - 17:58

Fələstində baş verən son hadisələr, 29 İyun 2023

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Bin Qafir işğal olunmuş Fələstin torpaqlarında yəhudilər üçün qəsəbələrin inkişaf etdirilməsinə, fələstinlilərin evlərinin geniş şəkildə dağıdılmasına və minlərlə fələstinlini öldürmək məqsəd ilə İordan çayının qərb sahilində geniş hərbi əməliyyatların aparılmasına çağırıb.

Cümə axşamı 29 İyun 2023 - 15:10

Təhrir Əş-Şam İdlibdə 17 mülki vətəndaşı həbs edib

Suriyanın İdlib vilayətində yerləşən Sərməda şəhəri sakinlərinin Təhrir əş-Şam terror qruplaşmasına qarşı keçirdiyi etiraz aksiyası zamanı dördü qadın olmaqla 17 etirazçı Təhrir Əş-Şam təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Çərşənbə 28 İyun 2023 - 10:55

İdrus Əz-Zubeydi: Qərb Şimali və Cənubi Yəmənin reallığını qəbul etməlidir

Yəmənin Cənub Keçid Şurasının rəhbəri İdrus Əz-Zubeydi Guardian qəzetinə verdiyi müsahibədə Yəmənin Şimal və Cənub olmaqla iki ölkəyə bölünməsi üçün Qərb ölkələrini dəstəkləməyə çağırıb və onları Cənubi Yəməndə dəniz xətləri, limanlar və neft yataqları ilə təmin ediləcəyini və dəniz təhlükəsizliyinin qorunmasına əmin edib.

Çərşənbə axşamı 27 İyun 2023 - 16:49

Ukrayna ordusu bu ölkənin cənubunda irəliləyib

Ukrayna Ordusunun qüvvələri Velika Novasilka rayonunun Rivnopol kəndini Rusiya Ordusu və müttəfiqlərinin nəzarətindən çıxarıblar. Bu cəbhədə Makarivka kəndi və həmçinin Rivnopol yaxınlığında toqquşmalar davam edir.

Ən Çox Müzakirə Olunan