Xəbərlər - İslam Dünyası Xəbərləri

Cümə axşamı 20 İyul 2023 - 13:27

Orta Asiyada baş verən son hadisələr, 20 İyul 2023

Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib: “Mənim hökumətim federal parlamentin səlahiyyət müddətinin bitməsinə az qalmış hakimiyyəti başqa bir müvəqqəti hökumətə təhvil verəcək. Pakistanın Seçki Komissiyası sentyabr və ya oktyabrda növbəti parlament seçkilərinin tarixini elan edəcək”.

Çərşənbə 19 İyul 2023 - 19:00

Hərbi Məlumat: Şahid 171 Dronu (Simurq) və Məxfi Şahid Dron Ailəsi

Şahid 171 dronu və məxfi Şahid dron ailəsi Amerikanın RQ-170 dronundan əks mühəndislik və modelləşdirilmiş dronlardır. Bu dronlara Şahid 171, Şahid 181, Şahid 191, Şahid 161 və Şahid 141 adlı beş model daxildir. Bu beş dronun əsas fərqi onların ölçüləri və mühərrik növüdür. Bu dron İran İslam Respublikasının Şahid Hava Sənayesi və SEPAH Hərbi Hava Qüvvələri tərəfindən istehsal olunur. İran yeganə ölkədir ki, indiyədək belə məxfi Baldis dronlarını əsl döyüş meydanında sınaqdan keçirib.

Çərşənbə 19 İyul 2023 - 15:12

Cənub Keçid Şurası Yəmənin parçalanması planından geri çəkilib

Cənub Keçid Şurasına aid xəbər mənbələri bu şuranın rəhbəri İdrus Əz-Zubeydinin BƏƏ müşavirlərinin məsləhəti ilə onun müavini Əbdül Rəhman Əbu Zare Əl-Muharramiyə öz silahlılarının Yəmənin istefa vermiş hökumətinin Müdafiə Nazirliyinə daxil olması prosesinə başlamağı tapşırdığını bildirib. Bundan əvvəl Əz-Zubeydi bu planın həyata keçirilməsini Səudiyyə Ərəbistanı ordusunun Sion şəhərindən və Həzərmut əyalətinin səhrasından çəkilməsi, həmçinin Həzərmut […]

Çərşənbə 19 İyul 2023 - 06:23

“Əcnadul-Qafqaz” qruplaşması Belqorod vilayətinin sərhəddində Rusiya ordusuna qarşı pusqu həyata keçirib + VİDEO və FOTO

Bu videoda Əcnadul-Qafqaz (Qafqaz Qoşunları) terror qruplaşmasının silahlıları Rusiyanın Belqorod vilayətinin cənubunda yerləşən Sarda sərhəd bölgəsində Rusiya ordusuna qarşı ağır pusqu həyata keçirir və iki rus yük maşınına hücum edir. Ukrayna ordusuna bağlı partizan birləşmələri vaxtaşırı Rusiya ərazisi və Ukraynanın şərq vilayətlərində müxtəlif pusqular və partizan hücumları həyata keçirir. Əcnadul-Qafqaz qruplaşmasının fəaliyyəti də bu istiqamətdədir […]

Çərşənbə axşamı 18 İyul 2023 - 18:08

Təhrik Cihad Pakistan Pişavərə kamikadze hücumu edib+ VİDEO və FOTO

Pakistanın Pişavər şəhərində Həyatabad bölgəsində Pakistan ordusu hərbçilərini daşıyan avtomobilin yoluna kamikadze hücumu nəticəsində 8-i Pakistan əsgəri də daxil olmaqla 10-dan çox adam ölüb və yaralanıb. Təhrik-e-Taliban Pakistanın qollarından biri olan Təhrik Cihad Pakistan (TJP) bəyanat yayaraq, Pişavərin Həyatabad bölgəsində Pakistan ordusunu daşıyan avtomobilə qarşı həyata keçirilən kamikadze hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Ən Çox Müzakirə Olunan