Xəbərlər - İslam Dünyası Xəbərləri

Şənbə 5 Avqust 2023 - 22:19

Orta Asiyada baş verən son hadisələr, 5 Avqust 2023

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Pakistana səfəri və bu ölkənin siyasi və hərbi rəsmiləri ilə görüşü zamanı iki ölkə arasında üç əməkdaşlıq sənədi imzalanıb və Kəraçidə bir prospektə İmam Xomeyninin (r.ə) adı verilib.

Şənbə 5 Avqust 2023 - 21:00

İmran Xan həbs edildi

Pakistanın keçmiş baş naziri İmran Xan İslamabadda Antikorrupsiya Məhkəməsi tərəfindən 3 il həbs və 5 il siyasi və hüquqi vəzifə tutmaq hüququndan məhrum edilib. İslamabaddakı Antikorrupsiya Məhkəməsinin prokuroru Homayun Delavər tərəfindən İmran Xanın hökmü verildikdən dərhal sonra Pakistan polisinin xüsusi təyinatlıları onun Lahurdakı iqamətgahına basqın edərək onu həbs ediblər.

Şənbə 5 Avqust 2023 - 16:54

Suriya yenidən mediaların ön xəbərlərinə çevriləcək?

Amerika hərbçilərinin və terror qruplarının hərəkətləri və bunun nəticəsində Suriya paytaxtında iki terror aktının həyata keçirilməsi onu göstərir ki, bəzi regional və beynəlxalq tərəflər Dəməşqə qarşı iqtisadi və siyasi təzyiqlərlə eyni vaxtda Suriyada terrorizmi canlandırmaq istəyirlər. Suriyanın Qərb ölkələri üçün əhəmiyyətini göstərən bu hərəkətlər, Suriya məsələsinin yenidən mediaların ön xəbərlərinə çevirəcəyi gözlənilir?

Şənbə 5 Avqust 2023 - 16:19

Nigerdə ​​çevriliş; Fransanın yası və Vaqnerin toyu + FOTO

Nigerin Qərb yönümlü Məhəmməd Bazum hökumətinə qarşı hərbi çevrilişindən təxminən on gün keçir. Afrika ölkələrinin bu çevrilişi neytrallaşdırmaq və bu ölkəyə siyasi sabitliyi qaytarmaq üçün siyasi təzyiqləri və məsləhətləşmələri nəticəsiz qalıb. Bir çox analitiklər və medialar Nigeri Qərbi Afrikada Rusiya-Fransa rəqabətinin yeni mərhələsi üçün sahə hesab edir və Burkina Faso və Malidəki əvvəlki rəqabətlər kimi fransızlar bu hekayənin uduzan tərəf olacaqlarına inanırlar.

Şənbə 5 Avqust 2023 - 14:44

Cenin İsrail və Fələstin Milli İdarəsinə müqavimət göstərməkdə nümunədir

Fələstində, xüsusilə İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində baş verən son hadisələr bu bölgə gənclərinin inkişafında və onların Sionist rejim qüvvələri ilə uzunmüddətli silahlı müharibələrə hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Bu hadisələrin dərinlikərində daha bir mühüm cəhət var. O, da İordan çayının qərb sahilinin əksər əhalisinin Fələstin Milli İdarəsi və onun prezidenti Mahmud Abbasa nifrətinin artmasıdır. Fələstin Milli İdarəsi xalqın vəziyyətini yaxşılaşdıra bilməməsi və onların İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün Fələstin xalqı tərəfindən yaxşı başa düşülür və onları bu quruluşa qarşı inqilaba daha hazır edir. Biz məqalədə bu məsələni araşdıracağıq.

Ən Çox Müzakirə Olunan