Türkiyə dronları Mənbic şəhərinin ətrafına hücum edib
Türkiyə ordusunun Hələb vilayətinin Mənbic şəhərinin cənub ətrafında avtomobilə dron hücumu nəticəsində ən azı 3 YPJ əsgəri həlak olub, ikisi isə yaralanıb.
Türkiyə ordusunun Hələb vilayətinin Mənbic şəhərinin cənub ətrafında avtomobilə dron hücumu nəticəsində ən azı 3 YPJ əsgəri həlak olub, ikisi isə yaralanıb.
Məcid müdafiə sistemi yüksək hərəkət qabiliyyətinə malik passiv aşağı hündürlükdə qısa mənzilli raketdən müdafiə sistemidir (radar yoxdur). Bu sistem dron, qanadlı raketlər, helikopterlər və s. kimi aşağı hündürlükdə olan hava hədəflərini vurmaq üçündür. Məcid sistemi ilk dəfə 18 aprel 2021-ci ildə keçirilən İran İslam Respublikasına aid hərbi təlimdə nümayiş etdirildi və rəsmi olaraq 2021-cildəki Vilayət Müdafiəçisi hərbi təlimində istifadə edildi.
Təhrir Əş-Şam terror qruplaşmasının Latakiyanın şimalında yerləşən Əbu Əli yüksəkliyində Suriya ordusunun mövqelərinə dron hücumu nəticəsində azı 5 suriyalı əsgər şəhid olub. Çox güman ki, bu hücuma cavab olaraq yaxın günlərdə Rusiya qırıcıları ilə birlikdə Suriya ordusunun döyüşçüləri də Təhrir Əş-Şamın mövqelərinə hücumlar təşkil edəcək.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə hərbi qüvvələrinin iki əməkdaşının vətənə xəyanət və bəzi böyük hərbi cinayətlər törətməkdə ittiham olunaraq edam edildiyini açıqlayıb.
Suriyanın Qurtuluş Hökumətinin işğal olunmuş bölgələrdə, xüsusilə İdlib və ətraf rayonlarda təhsil sistemi Təhrir Əş-Şam terrorçuları təsiri altındadır. Bu təşkilat təhsil müəssisələrinin və dini məktəblərin yaradılması yolu ilə sələfi təhsilini təşviq etməklə ardıcıl proqram hazırlayıb. Dövlət məktəblərinin nizamsız vəziyyəti və müəllimlərin etiraz olaraq dərsləri tətil etməsi, Təhrir Əş-Şamın nəzarəti altındakı dini məktəblərin genişləndirilməsi İdlibin işğal olunmuş ərazilərində yaşayan suriyalı uşaqların gələcəyi üçün iki əsas problemdir. Bu problemlər gələcəkdə Suriyaya böyük ziyan vura bilər.
Çinin Əfqanıstandakı yeni səfiri Jao Xing prezident sarayında keçirilən mərasimdə etimadnaməsini Taliban hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda təqdim edib.
Amerikanın Suriyadakı səfirliyi X sosial (keçmiş Twitter) şəbəkəsindəki səhifəsinin adını “ABŞ Səfirliyi – Dəməşq”dən “ABŞ-ın Suriyadakı səfirliyi” olaraq dəyişib.
İsrail mediası Təl-Əvivin mərkəzindəki parkda bombanın partlaması xəbərini verib və bu hadisədə heç kimin xəsarət almadığını və təhlükəsizlik qüvvələrinin məsələni araşdırdığını açıqlayıb.
Yəmənin Qurtuluş Hökuməti və Oman təmsilçilərinin danışıqlar heyəti Səudiyyə koalisiyası ilə sülh danışıqlarını davam etdirmək üçün Riyada səfər ediblər.
Azadlıq Döyüşçüləri Təşkilatının (Kəşmirdə fəaliyyət göstərən silahlı qruplaşmalardan biri) silahlıları Hindistan ordusunun Anantang bölgəsində yerləşən Kukarnaq məntəqəsindəki bazasına hücumu nəticəsində 1 hindistanlı əsgər həlak olub, 6 əsgər isə yaralanıb. Azadlıq Döyüşçüləri Təşkilatı (TRF) açıqlamasında bu hücumu Pakistanın nəzarətində olan Kəşmirin Ravalkot bölgəsində sentyabrın 9-da öldürülən bu qruplaşmanın liderlərindən olan Mövlana Əbu Qasimin öldürülməsinə cavab olaraq […]
Bəlucistan əyalətinin Mastunq bölgəsinin Coto rayonunda “Camaat Uləma İslam Pakistan” təşkilatının yüksək rütbəli liderlərindən biri Hafiz Həmdullahı daşıyan avtomobilin partladılması nəticəsində Hafiz Həmdullah da daxil olmaqla 12 nəfər ölüb və yaralanıb. İŞİD-in Xorasan qolu bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İyulun 30-da da İŞİD Bacaur bölgəsində “Camaat Uləma İslam Pakistan” tərəfdarlarının toplaşdığı […]
Azərbaycan Respublikası ilə Ermənistan arasında Cənubi Qafqaz böhranı, Zəngəzur dəhlizinin yaradılması və Qarabağın hüquqi statusu ilə bağlı ölkələrin mövqeyi son illərdə ən çətin məsələlərdən birinə çevrilib. Bir qrup, genişmiqyaslı müharibənin formalaşdığını, digər qrup isə regionda baş verən hərəkatların zərərli olduğunu və iki ölkənin bir-biri ilə müharibə etmək niyyətində olmadığını düşünür. Azərbaycan Respublikası nəhayət öz ərazisindən Naxçıvan və Türkiyəyə qoşulmaq üçün kommunikasiya dəhlizi almaq istəyir və bu yolla İran tərəfinin və eyhamla rusların müqaviməti ilə üzləşir.